Sabah hava necə olacaq ?

Sabah hava necə olacaq ?
 

Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a verilən məlumata görə, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 20-də qərb rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə noyabrın 20-22-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və rütubətli hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.

OXŞAR XƏBƏRLƏR

Karantinə görə bu şəxslərə 250 manat pul veriləcək - RƏSMİ AÇIQLAMA

"Ölkə üzrə sanitar-epidemioloji vəziyyət nəzarət altındadır". Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib: "Əldə etdiyimiz nəticələr iyunun 21-d...

Avqustun 31-dək qüvvədə olan məhdudiyyətlər - SİYAHI

2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində qüvvədə olan məhdudiyyətlər açıqlanıb Sfera.az xəbər verir...

Bakıda yol polisini söyən sürücü həbs edildi - FOTO

Saatlı rayonunda anadan olmuş Abbasov Elmir İsrail oğlu yol polisinə müqavimət göstərdiyi üçün həbs edilib.    O,idarə etdiyi 99-BL-611 dövlət nömrə...

Çimərlik ərazisindən istifadə qaydaları açıqlanıb - VİDEO

 COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi dövründə çimərliklərdən istifadə edən şəxslər üçün yeni qaydalar açıqlanıb. ...

TƏBİB məlumat yaydı

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 3-nə olan statistik göstəriciləri açıqlayıb. Sfera.az xə...

Karantinə görə bu şəxslərə 250 manat pul veriləcək - RƏSMİ AÇIQLAMA

 "Ölkə üzrə sanitar-epidemioloji vəziyyət nəzarət altındadır". Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib: "Əldə etdiyimiz nəticələr iyunu...