Ermənilərdən növbəti təxribat

Ermənilərdən növbəti təxribat
Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejim daha bir təxribata əl atıb.

Oxu.Az xəbər verir ki, qondarma "Dağlıq Qarabağ respublikası"nın ("DQR") Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə Könüllü Milli İcmalı BMT-də rəsmi sənəd qismində yayılıb.

Həmin sənəd "2030-cu ilə qədər BMT-nin Dayanıqlı İnkişaf Gündəliyi" adlı rəsmi qərarı əsasında yazılıb.

İcmalda təxribat xarakterli fikirlər yer alıb. Bildirilib ki, guya Azərbaycan tərəfindən təhdidlər mövcuddur.

Sənəd Ermənistanın BMT yanında Daimi nümayəndəliyi tərəfindən təqdim olunub. Eyni zamanda, BMT-nin rəsmi saytında yerləşdirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məsələyə münasibət bildirib.

XİN-in mətbuat katibi Leyla Abdullayeva Oxu.Az-ın sorğusuna cavab olaraq deyib ki, Ermənistan BMT-də üzvlük haqqından sui-istifadə edib.

Onun sözlərinə görə, Ermənistanın BMT-dəki nümayəndəsinin Baş katibə ünvanlandığı məktubun əlavəsi qismində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərindəki qanunsuz separatçı rejimin kağızını yayıb.

"Xatırladım ki, Ermənistan tərəfindən BMT, eləcə də, ATƏT çərçivəsində qanunsuz separatçı rejimin kağızlarını yaymaq təcrübəsindən istifadə olunur. Lakin bu, heç bir halda həmin təşkilatların mövqeyini əks etdirmir.

Ermənistan tərəfinin BMT çərçivəsində növbəti təxribatına cavab olaraq ölkəmizin BMT yanında nümayəndəliyinin BMT Baş katibinə etiraz məktubu ünvanlanıb və məktubumuz bu günlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunacaq".


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...