“Formula 1” Beynəlxalq İdman Bayramı və Əli Kərimlinin “xəstə qafası”

“Formula 1” Beynəlxalq İdman Bayramı və Əli Kərimlinin “xəstə qafası”

Bu beynəlxalq idman yarışına Azərbaycanın ev sahibliyi etməsinin əsil səbəbini ölkənin siyasi hakimiyyətinin texnoloqlarının, sasial, iqtisadi və ictimai müstəvidə menecerlərin irəli sürdükləri konseptual hədəflərin ayrılmaz parçası olduğunu görmək lazımdır. Bu gün Azərbaycanın dünya masştabında tanınması, turizm və turizm sənayesinin inkişafı, milli gəlirin qeyri neft sektoru sayəsində inkişafı və digər amillərlə bağlıdır. Müxalifətin, xüsusilə "Milli Şura”ya daxil olan siyasi partiyaların və müxtəlif qrupların bu uğurları görməzlikdən gəlməsi onların təfəkkür tərzinin hansı miqyasda olduğunu isbat edən faktorlardan biridir. "Formula 1” Beynəlxalq İdman Yarışı dünya idmanının bayramıdır. Dünyanın hər yerindən gələn idman həvəskarlarının, idmançıların və turistlərin böyük maraqla izlədiyi bu yarış kainatın hər bucağında sevə-sevə izlənilir. Bu mötəbər idman yarışı "Made ın Azerbaijan” markasının dünyanın bir parçasına çevrilməsi deməkdir. Bu möhtəşəmliyi görməzdən gəlmək "Milli Şura”, "AXCP” və onun yandaşı olan "AİP” və digər müxalif yönlü təşkilatların, xüsusilə də özünü müxalifətin lideri qismində görən Əli Kərimlinin nə qədər savadsız olduğunu isbat edən amillərdir. 

 

2016-cı ildən başlanılan zəfər

 

"Formula 1” beynəlxalq idman yarışlarının ilk dəfə Azərbaycanda keçirilməsi sayəsində bu mötəbər çempionatı dünyanın hər yerində azından 500 milyon nəfər insan izlədi. Bu addımı atmaqla yarım milyard dünya insanı ölkəmizin tanıdı. Respublikamızın tarixini, mədəniyyətini, coğrafi önəmini, əmin-amanlıq içində mövcud olan bir dövlətin varlığını öyrəndilər. Bu ilk yarışı canlı şəkildə izləmək üçün onminlərlə azərkeş bilet almışdı. Rusiya, Türkiyə, Almaniya, İngiltərə, Kanada, Avstraliya, Fransa, Qətər, İspaniya, İsveç, Hollandiya, Avstriya, Braziliya, Argentina, Misir, Çin, Ukrayna və digər onlarca ölkədən turistlər Azərbaycana axdılar. Çünki, "Forumla 1” yarışlarının keçirildiyi ölkə ilə, yəni Azərbaycanla bağlı yarışöncəsi dünyanın dörd bucağında televiziya kanallarında, sosial şəbəkələrində və digər təbliğat vasitələrində genişmiqyaslı reklamlar getmişdi. Beləliklə də hər bir idmansevər artıq Azərbaycan adlı bir ölkəni tanımağa başladı. 
"Formula 1” beynəlxalq idman yarışlarının keçirilməsi dünyanın ən nəhəng şirkətlərinin və biznes çevrələrinin Azərbaycana olan marağının güclənməsi deməkdir. Nəticədə isə qazanan Azərbaycandır. Əli Kərimli və onun yandaşlarının bütün bunları doğru-düzgün hesablaya bilməmələri onların savadının ibtidai sinif şagirdindən də geri qaldıqlarını bir daha isbat edir. Bu beynəlxalq yarışın əsas önəmi ondadır ki, bir yandan ölkəmizin əmin - amanlıq şəraitində olduğunu, digər yandan isə, biznes və iqtisadiyyatın inkişafı üçün əlverişli bir məkan olduğumuzu isbat edə bildik.

 

"Kral Yarışları”nın önəmli təsir vasitəsi

 

"Formula-1” beynəlxalq idman yarışlarını "Kral yarışları” adlandırırlar. 2016-cı ildən Bakıda keçirilən bu mötəbər yarışa görə beynəlxalq birliyin maraqları Azərbaycana yönəlibdir. Bu yarışın keçirildiyi yerdən minlərlə kilometr uzaqda, yəni televizor ekranları qarşısında izləyən idman həvəskarlarının ölkəmizə olan marağı artdı. Azərbaycan 2017-ci ilin iyununda Qran-priyə 2-ci dəfə ev sahibliyi etdi. "Formula-1”-in Cənubi Qafqazın ən zəngin ölkəsini bütün dünyaya tanıda bildi. Bu bir daha sübut etdi ki, Azərbaycan dünya ictimaiyyətini iri beynəlxalq tədbirlərə və idman yarışlarının keçirilməsinə alışdıra bilib. Bundan öncə Azərbaycan 2015-ci ildə Bakıda ilk Avropa oyunlarına ev sahibliyi etmişdi. 2017-ci ilin mayında İslam həmrəylik idman oyunlarını keçirdi. Bakı artıq 2019-cu ildə Avropa Gəncləri Olimpiya Festivalının keçrilməsinə icazə alıb. 2020-ci ildə Azərbaycan paytaxtı Futbol üzrə Avropa çempionatının UEFA yarışlarının dörd oyununu qəbul edəcək. Bütün bunlar Azərbaycana beynəlxalq imicinin effektiv təsir vasitələrinin inkişafına doğru hesablanmış strateji hədəflərdir. Ölkəmizə həm turist, həm də işadamı kimi gələn biznes çevrələri artıq "Made ın Azerbaijan” markası ilə ölkəmizdə istehsal olunan məhsulları dünya bazarına çıxarmağa başlayıbdır. Bu qeyri neft sektorunun inkişafına və daha çox milli gəlir əldə etmək üçün ən düzgün hesablanmış bir siyasətdir. AXCP sədri Əli Kərimli və ona yandaşlıq edən sosial şəbəkələr isə sanki Ermənistanın mövqeyində dururmuşlar kimi addım atırlar. Azərbaycanın möhtəşəm uğurlarına həsədlə baxan və imkan düşdükcə ölkəmizə qarşı çamurlar atan tək ölkə var ki, onun adı Ermənistandır. Əli Kərimlinin sərgilədiyi mövqe sanki Ermənistanda planlaşdırılıb.

 

Turizmin inkişafı və sosial siyasətin hədəfləri

 

Azərbaycana turizm axınının sürətli şəkildə artmasını araşdıranm sosioloqların da etiraf etdiyi kimi, 2015-ci ildən fərqli olaraq, 2019-cu ildə ölkəmizdəki turizmin imkanları 30 dəfədən çoxdur. Mütəxcəssislər onu da bildirirlər ki, dünyanın ölkəmizə marağının artmasının səbəblərindən biri də ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsidir. "Formula 1”in mahiyyəti bundadır. Aqarar sektoru təmsil edən işdamları etiraf edirlər ki, onların istehsal etdikləri kənd təsərrüfatı mallarının satışı və yüksək keyfiyyətli xidmət sektorunun olması sayəsində turizmin inkişafına görə onların gəlirləri xeyli dərəcədə artıb. Beləliklə dövlət büdcəsinə əvvəlki illərdən fərqli olaraq vergi ödəmələri də çoxalıb. Bu, bir yandan kəndlərdə yaşayan insanların, digər yandan isə, aqrar sektorda fəaliyyət göstərən müəssisələrin gəlirlərinin artması, əhalinin sosial rifahının inkişafını isbat edən mühüm faktlardan biridir. Bununla yanaşı, digər sənaye və istehsal müəssisələrinin istehsal etdikləri məhsulların dünya bazarına çıxarılması baxımından əlverişli imkanlar yaranıbdır. Çünki, Azərbaycana gələn turistlər həm də bir sıra sərgilərdə iştirak edirlər və onlar ölkəmizdə istehsal olunan məhsullarla və onların keyfiyyəti ilə maraqlanırlar. Azərbaycanın şərab məhsullarına olan maraq xüsusilə son illərdə daha çox artmışdır. atıq idxal olunan deyil, ixrac edən ölkəyə çevrilmənin sirlərindən biri də beynəlxalq idman yarışlarına ev sahibliyi etməyimizdir. Tolerant və multikulrual bir ölkə olmağımızı isə turistlər daha çox dəyərləndirirlər. Hətta bu faktları özlərini müxalifət düşərgəsində təsdiq etmiş iqtisadçılar belə etiraf edirlər. Təkcə qısqanclıqla bu uğurları görməzlikdən gələn AXCP sədri Əli Kərimli, "Milli Şura”da təmsil olunan qruplardır. Ona görə də bu iki qruplaşma daim Azərbaycanın əldə etdiyi nailiyyətlərə çamur atırlar.

 

"İntriqant Əli”nin ermənisayağı təfəkkürü


 

AXCP sədri Əli Kərimlinin "Formula 1” beynəlxalq yarışla bağlı son günlərdə sərgilədiyi fikirlər eynilə Ermənistan KİV-lərində yayılan informasiyalarla üst-üstə düşür. İrəvan bu dəfə də ötən illərdə olduğu kimi, Bakıda keçiriləcək beynəlxalq yarışları gözdən salmaq üçün təmas nöqtələrində atəşkəs rejimini pozmağa çalışacaq. Bu barədə İrəvandakı bir çox KİV-lər artıq təbliğata başlayıblar. "Golosarmenii.am”, "arminfo.com”, "armedia.am”, 
"news.am”, "rusarminfo.ru”, "armenia-online.ru”, "armedia.am”, "hayastannews.com”, 
"tert.am” və digər onlarca sayda KİV-lər "Formula -1” yarışları ərəfəsində ermənipərəst mövqeləri ilə seçilən bəzi beynəlxalq təşkilatların, xüsusilə "Freedom House” insan haqları təşkilatının adından siyasi alveri gündəmə gətiriblər. Ermənipərəst mövqeyi ilə tanınan Tomas De Vallın "Politico Europe” qəzetində Azərbaycanın əleyhində getmiş provakasiya xarakterli cızmaqaralarını tirajlamaqla AXCP sədri Əli Kərimlinin tutduğu mövqeni tamamlayırlar. Azərbaycanın klassik müxalifətində Əli Kərimli bu mövqeyinə görə "intriqant Əli” kimi tanınır. Cəmiyyətdə ümummili dəyərlərə qarşı çıxan da sadəcə Əli Kərimli və yandaşı olan bir qrup çevrələr belə tanınıblar. Çünki, daima bəsləndikləri ermənipərəst "qrant layihələri”nin tumarında bu addımları atmağa məcburdurlar. "Milli Şura” və Əli Kərimlinin keçiridyi mitinqlərin ilk yayım müjdəçisinin erməni KİV-lərinin olması, hətta bu aksiyalarla bağlı fotoların və videoların yayımı da onun nəzarətindəki "sosial şəbəkələr”in vasitəsilə ötürüldüyü göz önündədir. Bu əlahəzrət faktları isə nə Əli Kərimli, nə də onun yandaşları heç bir zaman inkar etməyiblər. Cəmiyyətin problemləri barəsində bol-bol danışmaqla sanki mövcud hakimiyyətin bunlardan xəbəri yoxdur. İqtidar bütün bunları görür və illər boyu yığılmış problemləri addım-addım həll etməyə çalışır. "Regionların inkişafı dövlət proqramı”nın necə həyata keçdiyini Əli Kərimli və yandaşları bircə dəfə diqqətlə müşahidə etsələr həqiqətin qarşısında susacaqlarına inanırıq. Əgər vicdan deyilən anlama önəm verirlərsə. Yoxsa, əvvəllərdə olduğu kimi xəstə təfəkkürlərinin labirintlərində ilişib qalacaqlarsa, tarixin ədaləti onların özlərini zibilliyin arxivində beləcə onları göməcəkdir.

Ə. Yusifoğlu


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...