Bu gün Milli Qəhrəmanımızın doğum günüdür

Bu gün Milli Qəhrəmanımızın  doğum günüdür
 Mürsəlov Vüqar Mirəzbər oğlu -1963-cü il martın 10-da Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuşdur.

1991-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinə yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Keçdiyi döyüş yolunun xəritəsi belədir: Füzuli, Xanlar, Ağdam, Laçın, Şuşa, Goranboy, Ağdərə... Azərbaycanın hər qarış torpağı uğrunda düşmənlə ölüm-dirim mübarizəsinə atılan bu cəsur döyüşçü, işğal ilə heç cür barışmırdı. Döyüşlərdə sinəsini düşmənə sipər edirdi. O, neçə dəfə döyüş yoldaşlarını ölümün pəncəsindən xilas etmişdi. 9 iyun 1992-ci il... Erməni faşistləri Tərtər rayonunun Cəmilli kəndi istiqamətindən hücuma keçmişdilər. V.Mürsəlov son nəfəsinəcən döyüşdü.
Lakin qəfil snayper gülləsi onun gənc ömrünü qırdı.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mürsəlov Vüqar Mirəzbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Göytəpə şəhərində oxuduğu məktəbə onun adı verilmiş, şəhərin mərkəzində büstü qoyulmuşdur. Tərtər, Göytəpə, Cəlilabad şəhərlərində adına küçə vardır.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...