20 ildən sonra Rusiyadan Astaraya qayıdan şəxs qətlə yetirildi

20 ildən sonra Rusiyadan Astaraya qayıdan şəxs qətlə yetirildi
 Astara rayon sakininin yaşadığı mənzildə meyiti tapılıb. 

Hadisə rayonun Kolatan kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 40 yaşlı Vüsal Qasım oğlu Hüseynovun yaşadığı mənzildə meyiti aşkar olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İlkin məlumata görə, mərhum küt alətlə başından aldığı zərbələrdən ölüb. 

Qeyd edək ki, V.Hüseynov uzun müddət - təxminən, 20 il Rusiya Federasiyasında yaşayıb. O, ötən ay Astaraya gəlib. V.Hüseynov Astarada 7 sutkalıq həbs cəzası alıb. İki gün öncə həbsdən çıxıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

///report.az

OXŞAR XƏBƏRLƏR