20 günlük karantin müddəti ilə bağlı mühüm AÇIQLAMA

20 günlük karantin müddəti ilə bağlı mühüm AÇIQLAMA
 

Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla gedir, dövlət tərəfindən gərəkən bütün işlər görülür. Lazım gələrsə, xüsusi karantin rejimini bir az da gücləndirmək lazımdır.

Sfera.az  xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, koronavirus infeksiyası ilə bağlı son zamanlar vətəndaşlarda bir az arxayınlıq hiss olunur:

"Düşünürəm ki, arxayınlığa yol vermək olmaz. Lazım gələrsə, hətta karantin rejimini bir az da gücləndirmək lazımdır. Çünki eşitdiyimiz xəbərlər söyləməyə əsas verir ki, vətəndaşlarımızın çoxu bu təhlükəyə laqeyd yanaşır, karantin rejimini pozanların sayı artır. Belə hallara yol verməmək və məsuliyyəti daha da artırmaq lazımdır".

Deputatın sözlərinə görə, 2 saatlıq evdən çıxmaq icazəsini də müəyyən qədər məhdudlaşdırmaq və yaxud qrafikə salmaq lazımdır:

"Son günlər həkimlərimizin səyi nəticəsində müalicə olunub sağalanların sayının artması, ölüm sayının çox aşağı rəqəmdə olması bizi heç də arxayın salmalı deyil. Bu virusun xarakteri elədir ki, 20 gün əvvəl yoluxanlar indi ortaya çıxa və yoluxanların sayını artıra bilər. Düşünürəm ki, görülən işləri yarımçıq qoymamaq və əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatdırmaq üçün karantin rejimini uzatmaq lazımdır”.

Komitə sədri vurğulayıb ki, dünyada hələ karantin rejimindən tamamilə çıxan ölkə yoxdur:

"Virus Çində 4-5 ay bundan öncə başlayıb. Onlar bir ay öncə sevinərək epidemiyanı lokallaşdırdıqlarını bildirsələr də, indi epidemiyanın ikinci dalğası gəlməyə başlayıb. Digər ölkələrdə də prosesin sönməsi hələ görünmür, əksinə, şiddətlənmənin şahidi oluruq. Azərbaycanda koronavirusa yoluxma, ölüm göstəricilərin aşağı olması bizi sevindirir, ancaq heç bir halda bu bizi arxayın salmalı deyil".

M.Quliyev əlavə edib ki, vətəndaşların çoxu hələ də bu ağır və dəhşətli fəsadları ola biləcək infeksiyaya ciddi yanaşmırlar:

"Bir həkim kimi mənim münasibətim ondan ibarətdir ki, 20 günlük karantin müddəti koronavirusun lokallaşması üçün kifayət deyil. Biz bu bəlanın fəsadsız keçməsini istəyiriksə, karantin rejimini qoruyub saxlamalıyıq. Çünki bu epidemiyanın qarşısının alınmasının yeganə yolu sosial izolyasiya yoludur. Bu, həm psixoloji və sosial, həm də iqtisadi baxımdan çətindir. Ancaq bunların heç biri ölümlə, ağır xəstəliklə müqayisədə göz önünə alınası problem deyil. Ona görə mən bir daha vətəndaşlarımızı səbrli, məsuliyyətli olmağa çağırıram”.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...