2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik: sutkada 2 və ya 3 dəfə...

2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik: sutkada 2 və ya 3 dəfə...
Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara görə, iyulun 5-dən 20-dək Azərbaycanın bir sıra bölgələrində sərtləşdirilmiş karantin rejimi elan edilib. Həmin dövr ərzində vətəndaşlar tibbi və ərzaq zərurətini ödəmək, eyni zamanda bank və poçtla bağlı məsələlər üçün 2 saatlıq SMS icazədən istifadə edə bilərlər. Son günlər havaların istiləşməsi səbəbindən səhhətində problemi olanlar, yaşı 60-dan yuxarı insanlar 2 saat açıq havada dayana bilmirlər.

Bəzən vətəndaş 2 saatlıq icazə alıb onun yarım saatından istifadə edir. Həmin gün digər vacib iş çıxdıqda isə bir sıra problemlər yaşayırlar. Odur ki, vətəndaşlar 2 saatlıq SMS icazə vaxtını yarı bölüb, 1 saat olmaqla iki dəfə icazə almaq hüququnun verilməsini xahiş edir.

Milli Məclisin üzvü Aydın Mirzəzadə vətəndaşlardan gələn bu təklifi alqışladı. Aydın Mirzəzadə bildirib ki, 2 saatlıq SMS icazəni hərəsi 1 saat olmaqla iki yerə bölünməsi təklifinin faydalı olduğunu düşünür. "Mən də düşünürəm ki, vətəndaşlar gün ərzində vacib işlərini bir dəfəyə çatdırmaqda çətinlik çəkir. Vətəndaşın gün ərzində ikinci dəfə vacib işi çıxa bilər və ondan öncə SMS icazədən istifadə etdiyinə görə, problem yarana bilər. Yaxşı olar ki müvafiq dəyişikliklər edilməklə, vətəndaş ya bir dəfəyə iki saata, ya da özü seçim etməklə gün ərzində 1+1 və ya 0.5+1.5 saat hesabı ilə evdən çölə çıxa bilsin. Nazirlər Kabineti yanında Operativ Qərargah təklifimi dəyərləndirəcək.Bununla bağlı proqram hazırlamaq olar. Məsələni sosial şəbəkələrdə də ictimailəşdirəcəyəm”, - deyə deputat bildirib.

Sfera.az bildirir ki, məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla da ANEWS.az-a öz fikirlərini bölüşüb. "Ümumiyyətlə, karantin rejimi ilə bağlı tədbirlər görüləndə hərtərəfli nəzərə alınmalıdır. Təəssüflər olsun ki, hazırda bu cür problemlər ortaya çıxır. İndiki verilən qərarlarda maraqlı təzad var. İnsanların ictimai yerlərdə, küçələrdə az olması üçün 2 saatlıq icazə limiti verilsə də, digər tərəfdən isə ictimai nəqliyyat olan metro stansiyaları bağlayıblar. Avtobuslarda insanların çox sıx təmasda olduğu faktını görürük. Bəs bu karantin rejimi nəyə xidmət edir? Karantin tədbirləri elə keçirilməlidir ki, sosial məsafə mütləq qorunmalı, insanların təması məhdudlaşdırılmalıdır. Amma təəssüf ki, biz bunun əksinə şahid oluruq. Hesab edirəm ki, bu cürə karantin rejimi ləğv edilməlidi, daha çox insanların davranışlarına diqqət verilməlidir”. Həkim sonda əlavə edib ki, maarifləndirmə işlərini artırmaq çətin proses kimi görülsə də, bu istiqamətdə işlər görülmək vacibdir.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...