1992-ci il, Şuşada sonuncu çay... - FOTOLAR

1992-ci il, Şuşada sonuncu çay... - FOTOLAR
"National Geografic” jurnalının tanınmış foto-jurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti (Reza Deghati) Şuşada 1992-ci ildə çəkdiyi fotoları paylaşıb.

Sfera.az xəbər verir ki, 68 yaşlı hərbi müxbir fotoları "Şuşada sonuncu çay -1992-ci il” başlığı və #karabakhisazerbaijan həştəqi ilə yayımlayaraq bu fikirləri qeyd edib:

"Şuşa Qarabağ bölgəsinin tarixi və mədəni mərkəzi və Azərbaycanın son strateji dayağı idi. 1992-ci ilin aprelində Şuşaya gedən bütün yollar  erməni qoşunları tərəfindən idarə olunurdu, azərbaycanlılar üçün bu vacib şəhərə çatmaq üçün dağın üstündən keçmək lazım idi.

Erməni hərbçiləri uzun aylar mühasirədə olduqdan sonra 8 may 1992-ci ildə şəhəri ələ keçirmək üçün əməliyyatlara başladılar. Üç tərəfdən hücuma keçdilər, Azərbaycan hərbi hissələrinin və mülki insanları yerləşdikləri təpələrdə mühasirəyə aldılar. Bir neçə saat ərzində erməni silahlı qüvvələri yüzlərlə kişi, qadın və uşağı yaraladı və öldürdü. Qəsəbəni ələ keçirdikdən sonra quldurlar və vandallar əsas mədəniyyət mərkəzlərini, muzeyləri, məscidləri və məktəbləri yandırdılar. Şuşadakı mədəni məkanların əksəriyyəti talan edildi və ya yandırıldı, bütün azərbaycanlılar isə qaçmağa məcbur edildi. Şuşa şəhəri Azərbaycanın erməni qoşunlarının ələ keçirdiyi son böyük şəhər idi”.

Qeyd edək ki, fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. Rza Diqqəti 20 Yanvar hadisələrini o cümlədən də Xocalı soyqırımının şahidlərini, eləcə də şəhidlərini çəkməyə müvəffəq olub. Bundan başqa müharibə gedən digər bölgələrdə Şuşa, Zəngilan, Cəbrayılda baş verən hadisələri də fotoaparatın yaddaşına köçürüb. Müharibədən sonra da məcburi köçkünlərlə görüşüb, onların da şəkillərini çəkib. Bundan sonra isə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər təşkil edib, dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Qarabağda çəkdiyi fotoları Parisdə sərgiləyən Rza Diqqətiyə qarşı Fransa mətbuatında onlarla yazı dərc olunub, özü hədələnib, sərgisi isə erməni hücumuna məruz qalıb. Rza Diqqəti isə öz növbəsində cırılan şəkilləri yeniləri ilə əvəz etməyib, ermənilərin növbəti əməlini necə varsa elə də nümayiş etdirib.
 
/Qafqazinfo


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...