19 yaşlı gənc məsciddə öldü

19 yaşlı gənc məsciddə öldü

Bakının Sabunçu rayonunda məsciddə ölüm hadisəsi baş verib.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında rayonun Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi 15 ünvanında yerləşən Cümə Məscidində olub.

 

Belə ki, 2000-ci il təvəllüdlü Masizadə Müstəqim Pənah oğlu oktyabrın 9-da axşam saatlarında məsciddə elektrik çaydanını götürən zaman çaydanın elektrik hissəsi açıq olub. Ehtiyatsızlıqdan çaydanın elektrik hissəsindən tutan M.Masizadəni cərəyan vurub. Nəticədə, o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR