16 yaşlı oğlan intihar etdi
19:05 / 02.12.2021
2035
Bərdədə yeniyetmə intihar edib.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Əmirli kəndində baş verib.
Kənd sakini, 2005-ci il təvəllüdlü Abbasov Rəşad Oktay oğlu valideynləri evdə olmayan zaman özünü yaşadığı evin həyətindəki yarımçıq tikilidən asaraq intihar edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
(Qafqazinfo)