15 yaşlı şagird məktəbdə qətliam törətdi: 3 ölü, 6 yaralı

15 yaşlı şagird məktəbdə qətliam törətdi: 3 ölü, 6 yaralı
ABŞ-da məktəbə silahlı hücum edilib.
 
Sfera.az bildirir ki, hadisə Miçiqan ştatında qeydə alınıb. Belə ki, Detroit kəndində yerləşən Oksford liseyində atışma baş verib. Nəticədə 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hücum edən şəxsin 15 yaşlı şagird olduğu bildirilib. Bölgə üzrə polis şöbəsinin sədr müavini Maykl Mikeyb şübhəlinin saxlanıldığını deyib. O, məktəbdəki şagirdlər və işçilərin təxliyə edildiyini əlavə edib. 

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR