12 yaşlı rəfiqələr özlərini 17-ci mərtəbədən ataraq intihar etdilər – “Ölüm qrupu”na qoşulublarmış - FOTOLAR

12 yaşlı rəfiqələr özlərini 17-ci mərtəbədən ataraq intihar etdilər – “Ölüm qrupu”na qoşulublarmış - FOTOLAR
Ölüm qrupuna qatılan iki qız 17-ci mərtəbədən özlərini ataraq intihar edib.
 
Sfera.az xəbər verir ki, dəhşətli hadisə Rusiyada baş verib.

Belə ki, 12 yaşındakı model və gimnast qızlar - Varvara Vlasova və onun sinif yoldaşı Valeriya Şirşova "Harry Potter” adlı online ölüm qurupuna qatılıblar. Qrupdan verilən tapşırığa əməl edən qızlar, 17 mərtəbəli  binanın başına çıxaraq, əvvəl video çəkiblər, daha sonra isə özlərini atıblar. 

Rusiyadakı "ProGorod” qəzeti qızların buna hazırlaşdıqlarını və 9 fevrala işarə edərək sinif yoldaşları ilə vidalaşdıqlarını yazıb.

Daha bir iddia var ki, qızlar məşhur Yapon manqa serialı 'Ölüm Qeydinə' baxdıqdan sonra intihar ediblər.

Qeyd edək ki, Rusiyada son illərdə bu cür onlayn qruplara qoşularaq, intihar edən gənclərin sayının artdığı bildirilir.
 








Jalə Mehdi
Sfera.az 

 


OXŞAR XƏBƏRLƏR