11 sentyabr terrorunun eynisini hazırlayan fransız həbs edildi – NƏLƏR PLANLAMIŞDI?

11 sentyabr terrorunun eynisini hazırlayan fransız həbs edildi – NƏLƏR PLANLAMIŞDI?


 

Fransa polisi 2001 –ci ilin 11 sentyabrında Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzində baş vermiş terror aktının eynisini hazırlamaqda şübhəli bilinən şəxsi həbs ediblər.

 

Sfera.az-ın məlumatına görə, bu haqda Fransanın DİN başçısı Kristof Каstаnеrə istinadən France Info radiostansiyası xəbər verir.


Nazirin sözlərinə görə, "11 sentyabr”dan ilhamlanan və təyyarə qaçırmağı planlaşdıran şübhəli ötən ay həbs edilib. Kastaner vurğulayıb ki, bu həbs 2013-cü ildən bəri Fransada qarşısı alınan 60-cı terror aktıdır.

 

Polisdəki mənbələr məlumat verib ki, söhbət O-de-sen paytaxt departamentində yaşayan 30 yaşlı Fransa vətəndaşından gedir.

 

Xatırladaq ki, 2001-ci ilin 11 sentyabrında terrorçular tərəfindən qaçırılan iki sərnişin təyyarəsi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin "Əkiz qüllər”inə çırpılaraq onları darmadağın etmişdi. Terrorçuların idarə etdiyi daha bir təyyarə Vaşinqtondakı Müdafiə Nazirliyinin qərb qanadına çırpılmışdı. Terrorçuların qaçırdığı dördüncü sərnişin təyyarəsi isə Pittsburq şəhəri yaxınlığında (Pensilvaniya ştatı) qəzaya uğrayıb dağılmışdı. Rəsmi məlumata görə, həmin vaxt Nyu-Yorkda 2749, Vaşinqtonda 189, Pensilvaniyada isə 44 nəfər həlak olmuşdu.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR