10 yaşlı qızı it dişlədi

10 yaşlı qızı it dişlədi
Zaqatalada 10 yaşlı qızı it dişləyib.

Sfera.az-ın məlumatına görə, bu gün rayonun Bəhmətli kənd sakini, 2012-ci il təvəllüdlü Duyğu Əsgərli it dişləməsi diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanada azyaşlıya lazımi tibbi yardım göstərilib və  quduzluğa qarşı peyvənd olunub.

(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR