Özünü FHN-in qarşısında yandırmağa cəhd edən şəxs haqda – Açıqlama

Özünü FHN-in qarşısında yandırmağa cəhd edən şəxs haqda – Açıqlama
 Xəbər verdiyimiz kimi, bu gün Fövqəladə Hallar Nazirliyinin binası qarşısında intihara cəhd olub.

Sfera.az xəbər verir ki, baş vermiş hadisə ilə bağlı FHN açıqlama yayıb. Açıqlamada bildirilir ki, 5 dekabr 2019-cu il tarixində Ağsu şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10 ünvanında qeydiyyatda olan, lakin hazırda Bakı şəhərində yaşayan Rəşad Firidun oğlu Cahangirov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, M.Müşfiq küçəsi, 501-ci məhəllədə yerləşən inzibati binasının qarşısına gələrək özünü yandırmağa cəhd edib. Lakin Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının müdaxiləsi nəticəsində vətəndaş Rəşad Cahangirov özünü yandırması fikrindən daşınıb və o, aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib.

Məlum olub ki, vətəndaş Rəşad Firidun oğlu Cahangirov bu ilin fevralında Şamaxı, Ağsu və İsmayıllı rayonlarında baş vermiş zəlzələ ilə əlaqədar olaraq atası – Ağsu şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10 ünvanında daimi qeydiyyatda olan, lakin hazırda Rusiya Federasiyasında yaşayan Firidun Bəybala oğlu Cahangirova məxsus Ağsu şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10 ünvanında yerləşən evin sökülərək yenidən tikilməsi tələbi ilə özünü yandırmağa cəhd edib.

Qeyd edək ki, bu ilin noyabr ayının 27-də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun mühəndislərindən ibarət komissiya tərəfindən Rəşad Cahangirovun atası Firidun Cahangirova məxsus Ağsu şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10 ünvanında yerləşən adıçəkilən evə baxış keçirilib və evin yalnız bərpaya ehtiyac olması barədə akt tərtib edilib. Rəşad Cahangirova bildirilib ki, 27 noyabr 2019-cu il tarixli akta əsasən, atası Firidun Bəybala oğlu Cahangirova məxsus yuxarıda göstərilən fərdi yaşayış evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilib və qısa müddətdə bununla bağlı bütün lazımi tədbirlər görüləcək. Əvvəlcə bununla razılaşan, lakin sonradan fikrini dəyişən R.Cahangirov podratçı təşkilat tərəfindən müvafiq tədbirlər həyata keçirilən zaman atasına məxsus adıçəkilən fərdi yaşayış evinin qəzalı olduğunu iddia edərək bərpa işlərinin aparılmasına maneə törədib, bərpa işlərinin dayandırılmasına səbəb olub.

Evin sahibi, hazırda Rusiya Federasiyasında yaşayan Firidun Cahangirov evinin bərpa olunmasına razılıq verdiyi halda, oğlu Rəşad Cahangirov əsassız olaraq özünə deyil, atasına məxsus evin bərpa deyil, sökülərək yenidən tikilməsini tələb edir. Rəşad Cahangirov adıçəkilən evdə daimi yaşayış olduğunu bildirsə də araşdırmalar nəticəsində məlum olub ki, bu evdə yaşayış mövsümü xarakter daşıyır.

Beləliklə, özünü yandırmağa cəhd nümayiş etdirməklə Fövqəladə Hallar Nazirliyini şantaj etməyə çalışan Rəşad Cahangirov saxlanılaraq barəsində hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...