Zeynal Nağdəliyevin kollektivə təqdim etdiyi başçının 1.5 milyonluq villası üzə çıxdı

Zeynal Nağdəliyevin kollektivə təqdim etdiyi başçının 1.5 milyonluq villası üzə çıxdı
Şəmkirin təzə təyin olunan başçısı Rəşad Ənvər oğlu Tağıyevin 1.5 milyonluq villası üzə çıxıb.

Sfera.az Kanal24.az-a istinadən xəbər verir ki, Bakının Xəzər rayonunun 230 saylı məktəbinin keçmiş direktoru  Elşən Qafarov Rəşad Tağıyev haqda maraqlı paylaşım edib. O əvvəl təhsil idarəsində çalışan Tağıyevin yeni tikdirdiyi milyonluq villasının fotosun paylaşıb. Keçmiş direktor paylaşımında villanın Rəşad Tağıyevin çox saylı mülklərindən biri olduğunu qeyd edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2021-ci il tarixdə imzaladığı sərəncamla Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu gün isə Rəşad Tağıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən  qurumun kollektivinə təqdim olunub.


OXŞAR XƏBƏRLƏR

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...

Azərbaycanda general VƏFAT ETDİ

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib.   ...

Çin XİN başçısı: "Ukraynadakı müharibənin daha da genişlənməsi riski var"

Ukraynadakı müharibənin daha da genişlənməsi riski var.   Sfera.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq İ Qətərin “Peninsul...