Zəlzələ Şamaxıda ciddi fəsadlara səbəb oldu – FOTO

Zəlzələ Şamaxıda ciddi fəsadlara səbəb oldu – FOTO
Azərbaycanda 4,4 və 5,3 bal gücündə zəlzələ baş verib.

Yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.

Digər 5,3 bal gücündə zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 10 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub.

Baş verən zəlzələ Şamaxı şəhərində ciddi fəsadlara səbəb olub.

Şəhərdə zəlzələ nəticəsində çoxlu sayda evlərə ziyan dəyib. Şəhərin Azadlıq küçəsində 1 ev yararsız hala düşüb. 2 nömrəli məktəbin pencərələrinin şüşələri yerə tökülüb, divarı isə uçub. Şəhərin 20 qanlı yanvar küçəsində isə 7 evin divarları və pencərələri uçub. Ev sakinləri küçədə qalıblar.

Hadisə yerində olan zaman Şamaxı rayon icra hakimiyyətinin nümayəndələri evlərə baxış keçirib. Sakinlərə sabah saat 7-dən etibarən qeydiyyata alınacaqları barədə məlumat verilib. Yaranmış vəziyyətlə bağlı geniş reportajı sabah saytımızdan oxuya bilərsiniz.

Səxavət Məmməd
Şamaxı şəhəri










OXŞAR XƏBƏRLƏR

"Bavariya"nın oyunçusu Mbappedən DANIŞDI: "Mənlik olsa..." 

"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala PSJ-in hücumçusu Kilian Mbappe haqqında danışıb.   Sfera.az bildirir ki, o, Mbappenin "B...

"Bavariya"nın oyunçusu Mbappedən DANIŞDI: "Mənlik olsa..." 

"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala PSJ-in hücumçusu Kilian Mbappe haqqında danışıb.   Sfera.az bildirir ki, o, Mbappenin "B...

Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ - Sürücülərin DİQQƏTİNƏ!

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

"Barça" ən bahalı oyunçularından birini SATACAQ

"Barselona" yay transfer pəncərəsində heyətində böyük dəyişikliklərə hazırlaşır.   Sfera.az xəbər verir ki, Kataloniya klubu artıq yolları...

İlham Əliyevin Sultan Əhməd Əl-Cabir ilə görüşü BAŞLADI - FOTO

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhmə...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü OLDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü başa çatıb. &...