Zelenskinin Azərbaycan macəraları - Fotolar

Zelenskinin Azərbaycan macəraları - Fotolar

Məşhur şoumen Vladimir Zelenskinin Ukrayna prezidenti seçilməsi onun ölkəmizdə səfərdə olan zaman çəkdirdiyi fotoları da sosial şəbəkələrdə gündəmə gətirib. 

 

"Qafqazinfo” xəbər verir ki, Zelenski Azərbaycanda iki dəfə səfərə gəlib. Onlardan biri 2017-ci ildə tanışlıq xarakterli, ikincisi isə yanvarda qastrol məqsədilə olub. Belə ki, Qəbələdə keçirilən 12-ci Beynəlxalq "Veselo” Yumor və Musiqi Festivalının musiqili qonaqlarından olan Vladimir Zelenski öz komandası ilə tamaşaçıların qarşısına çıxıb.


Festival çərçivəsində təəssüratlarını bölüşən şoumen Qəbələnin gözəl təbiəti olduğunu və oranı çox sevdiyini bildirib. Qəbələdən sonra Bakıda da "Kvartal-95” yumor qrupunun üzvləri ilə birgə konsertlə çıxış etmək istədiyini bildirən Vladimir Zelenski Azərbaycanda komediya janrında film çəkmək arzusunun olduğunu da söyləyib.

 

Bundan başqa, qonaq milli mətbəximizin təamlarını dadıb, ölkənin Heydər Əliyev Mərkəzi, Qobustan kimi bir çox görməli yerlərinə baş çəkib.

 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...