Zelenski Rusiyaya meydan oxuyur: Donbası altı aya geri alacağıq...

Zelenski Rusiyaya meydan oxuyur: Donbası altı aya geri alacağıq...


Ukraynanın xarici işlər naziri Vadim Pristayko prezident Vladimir Zelenskinin Donbasda sülhün nizamlanmasına dair planlarından danışıb.

 

Sfera.az-ın məlumatına görə, o "Die Welt” nəşriyyatına müsahibəsində bu bəyanatla çıxış edib.

 

"Ukrayna prezidenti Valdimir Zelenski növbəti altı ay ərzində bu sahədə əsl irəliləyişə nail olmaq istəyir”,- nazir bəyan edib. Bununla yanaşı, xarici işlər naziri vurğulayıb ki, nizamlanma Ukrayna torpaqlarının təhvil verilməsi hesabına aparıla bilməz.


"Biz öz ərazilərimizi verməyəcvəyik və rusiyalıları öz qırmızı xətlərimizlə bağlı məlumatlandırmışıq. Buna görə də Moldovanın Prednistrovyesində olduğu kimi, Ukrayna ərazilərində Rusiyanın öz hökmranlığını möhkəmləndirməsinə imkan vermərik”,- deyə qeyd edib.

Pristayko nəzərə çatdırıb ki, Ukraynanın əsas məqsədi öz vətəndaşlarını geri qaytarmaqdır və məqsədinə çatmaq üçün ölkə qeyri diplomatik üsullara əl atmağa hazırdır, amma bu haqda danışmaq "hələ tezdir”.

 

Xatırladaq ki, 5 ildir ki, Donbasda silahlı münaqişə davam edir. 2014-cü iılin aprelində Ukrayna hökuməti, mərkəzi hakimiyyətin devrilməsindən sonra Kiyevdən ayrıldığını bəyan edən separatçı Donetsk və Luqansk xalq respublikalarına (DXR və LXR) qarşı hərbi əməliyyata başlayıb.

 

Böhranı Minsk razılaşmasının köməyilə həll etməyə çalışırlar. Donbasdakı vəziyyətin nizamlanmasına dair sözügedən razılaşma 2015-ci ilin fevralında Almaniya, Rusiya, Fransa və Ukrayna dövlətlərinin başçıları-"normand dördlüyü” liderləri tərəfindən imzalanmışdı. Həmin razılaşmaya atışmanın təcili surətdə dayandırılması, ağır artileriyanın geri çəkilməsi, yerli seçkilərə dair danışıqlara başlanması, münaqişədə iştirak edən şəxslərin təqib olunmasını və cəzalandırılmasını qadağan edən qanunun qəbulu, pensiya ödənişinin bərpası, eləcə də regionun xüsusi statusu ilə bağlı sənəd verilməsi daxildir.

Amma Ukrayna hakimiyyətinin tanınmamış respublikalara qarşı apardığı hərbi əməliyyat müddətində razılaşmanın qəbul edilmiş bəndlərindən heç birinə faktiki olaraq əməl edilməyib.

  

Tomris

Sfera.az


OXŞAR XƏBƏRLƏR