\"Özəl məktəblər şagird və valideynləri necə aldadır?\" – “Hədəf” liseyinin direktoru və ekspertlər DANIŞDI

\

Koronavirus pandemiyası səbəbilə orta və ali məktəblərdə təhsil-tədris prosesinin dayandırılması bir sıra əlavə problemlərin yaranmasına səbəb olub. Onlayn dərslərin yaratdığı çətinliklər öz yerində, amma problem təkcə bununla yekunlaşmır. Söhbət ödənişli təhsil müəssisələrində dərsdən sonrakı məşğələlər və qida ödənişlərinin sonrakı taleyindən gedir.


Sfera.az xatırladır ki, karantin dönəmində məktəblər bağlandığından şagirdlərlə fərdi şəkildə məşğul olunmur, dərslər olmadığı üçün şagirdlərə yemək verilmir. Karantin dövründə özəl məktəblər şagirdlər qarşısında öhədliyini əsasən 2 istiqamətdə yerinə yetirə bilmədi. Dərsdən sonra məşğələlər və yemək. Amma bəzi tədris müəssisələri valideynlərdən 100 faiz ödəniş tələb edir.


Hətta bəzi məktəblərin təhsil haqqı ilə bağlı ödənişləri "qara mühasibatlıq” vasitəsilə alması və vergidən yayınması haqda da informasiyalar var. Təbii ki, belə özəl məktəblərin fəaliyyəti yoxlanmalı və ciddi tədbirlər görülməlidir. Artıq bəzi özəl məktəblərdəki bu qanunsuzluq hallarına görə valideynlər uşaqların məktəblərini dəyişməyə qərar verib.


Mövzunun aktuallığını nəzərə alan Sfera.az mövzu ilə bağlı "Hədəf” liseyinin direktoru Şəmil Sadiqin fikirlərini öyrənib: "Mart ayından onlayn dərsləri tam olaraq həyata keçirmişik. Əvvəlki planımız belə idi ki, iyunun 1-də dərslər bərpa olunsa, biz kompensasiya anlamında iyulun birinə qədər tədris ilini uzadaq. Yəni, valideynlərin ödədiyi yemək pulunu qarşılaya bilək ki, narazılıq olmasın. Amma təəssüf ki, bu variant alınmadı. Odur ki, hazırda sözügedən məsələ ilə bağlı iclaclar keçirib müzakirələr aparırıq. İlk gəldiyimiz qərar belədir ki, ölkə üzrə dərslər sentyabrın 15-i başlasa da, bizim liseydə dərslər sentyabrın 1-i başlasın”.


Şəmil Sadiq öncədən alınmış ödənişlərin taleyi haqda isə bunları deyib: ”Hələlik yemək pulu ilə bağlı konkret qərar verməmişik. Bir də ki, valideynlərimiz arasında 50-60 nəfər var ki, yanvar ayından bəri nəinki yemək pulunu, heç təhsil haqqını da ödəməyib”.



"Siz öncədən 100% ödəniş aldıqlarınıza yemək və əlavə məşğələ pulunu geri verirsinizmi?!” sualımıza isə onun cavabı belə olub: "Mart ayından bu günə qədər səhər saat 11-dən axşam saat 16.30-a qədər onlayn dərslər keçmişik. Ortada yalnız yemək pulu məsələsidir. Bu da aya 100 manat edir, demək üç aya hər valideyn 300 manat ödəniş edib. Bu məsələdə də hər hansı bir formada validenlərimizlə razılaşacağıq”.


"Ödəniş edilərkən rəsmi kassa çeki təqdim edirsinizmi?” sualına cavabında isə lisey direktoru bildirib ki, pandemiya dövründə müəyyən istisnalar olub: "Biz "Hədəf” liseyi olaraq rəsmi fəaliyyət göstəririk. Hər bir valideynə mütləq mənada rəsmi ödəniş qəbzi təqdim edilir. Amma pandemiya və karantin dönəmində valideynlər arasında onlayn ödəniş edənlər az deyil. Kimisi kartdan liseyin hesabına pul keçirir, kimisi də kartdan karta pul köçürür. Amma bütün ödənişlər banka yönləndirilir”.


Mövzu ilə bağlı saytımıza danışan təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, bir çox məktəblər əsassız olaraq ödənişlər tələb edir və bu yolverilməzdir: "Söhbət təkcə uşaq bağçalarından getmir, orta və ali təhsil məktəbləri də pandemiya dönəmində öz öhdəliklərini yerinə yetirmədilər. Amma bunun əvəzində keçmədikləri dərslərin, göstərmədikləri xidmətlərin haqqını tələb etdilər. Təbii ki, bu əsassızdır. Çünki yalnız hər hansı xidmət göstərildikdən sonra onun maliyyə tərəfləri həll edilə bilərdi. Yalnız onlayn dərslərin və yaxud onlayn göstərilən xidmətlərin ödəniş haqqı tələb oluna bilərdi. Təssüf ki, Azərbaycanda onlayn xidmətin göstərilməsi ilə bağlı da qanunvericilik aktı yoxdur. Bu səbəbdən bu gün onlayn xidmətlərin özü belə qanunsuzdur və bu məsələdə hər hansı bir tərəf haqlı çıxa bilmir. Özəl müəssisələr onlayn xidmətlər göstərdiklərini qeyd etsə də, bu yetərli deyil. Buna görə də hesab edirəm ki, mütləq şəkildə ilk növbədə qanunvericilik aktlarına dəyişiklik edilməlidir, yalnız bundan sonra maliyyələşdirmə mexanizmini nəzərdən keçirmək olar”.

 



Özəl məktəblərdə ödənişlərin kartdan karta köçürülməsi məsələsinə toxunan ekspert bunun yolverilməzliyini vurğulayıb: ”Tədris müəssisələrinə edilənbütün ödənişlər yalnız həmin müəssisənin rəsmi bank hesabına köçürülməlidir, şəxsi kartlara pul köçürülməsi isə yolverilməzdir. Bu məsələ qanunvericilikdə öz əksini tapıb”.


Hüquqşünas Namizəd Səfərovun fikrincə sözügedən problem əsasən özəl təhsil müəssisələri üçün xarakterikdir: "Dövlətin karantinlə bağlı həyata keçirdiyi tədbirlər sırasında tədris müəssisələrinin xərcləri də nəzərdə tutulub. Bu üzdən tədris müəssisələrinin maliyyə xərclərini vətəndaşların üzərinə qoymaq doğru deyil. Qeyd etdiyim kimi, bütün maliyyə xərcləri dövlət tərəfindən ödənilməlidir. Dövlət tərəfindən bu məsələlərin həlli üçün 1 milyard manatdan artıq pul ayrılıb. Yəni, burda mübahisəli bir məqam yoxdur”.


Hüquqşünas hesab edir ki, istənilən halda tədris müəssisəsi rəhbərliyininyerinə yetirmədiyi öhdəliklərə, göstərmədiyi xidmətlərə görə vətəndaşlardan pul istəməsi qanunsuzdur: ”Valideynlərin kartdan karta ödəniş etməsi, yaxud kiminsə şəxsi hesabına pul köçürməsi qanuna ziddir. Bu istər-istəməz korrupsiyaya yol açır. Valideynlər ödənişi yalnız tədris müəssisəsinin rəsmi bank hesabına ödəməlidir”.

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...