\"Özəl dayanacaqların qiyməti endirilməlidir\" - Ekspert

\
"Azərbaycanda bayram günləri ödənişsiz parklama sisteminin tətbiqindənsə, yaxşı olar ki, özəl dayanacaqlar qiymət siyasətinə yenidən baxsın və qiyməti bir qədər aşağı salsınlar”.
 
Sfera.az-a açıqlamasında bu sözləri bir sıra ölkələrdə bayram günləri avtomobillər üçün parklama yerlərinin pulsuz olmasına və həmin təcrübənin ölkəmizdə tətbiqinə münasibət bildirərkən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyib:
 
"Həqiqətən də bir sıra ölkələrdə müxtəlif bayram günlərində, xüsusən də Milad bayramı günlərində parklanma yerləri pulsuz olur. Amma Azərbaycanda hələlik belə bir praktika yoxdur. Əslində parklanma yerlərinin idarə olunması səlahiyyəti Bakı Nəqliyat Agentliyinə verilib. Amma bu günə qədər Bakı Nəqliyyat Agentliyinin həmin funksiyası hələlik işə salınmayıb. Bunun gələn ilin yanvarından sonra baş verəcəyi gözlənilir. Ona görə də bu gün Bakı küçələrinin hər hansı bir yerində parklanmaya görə hansısa ödənişlər tələb olunursa, bunlar qeyri-qanuni hallardır. Çünki həmin səlahiyyət Bakı Nəqliyyat Agentliyinə məxsusdur. Digər hər hansı bir qurumun bu kimi işləri həyata keçirməsi qeyri-qanunidir. İstənilən şəxs nəqliyyat vasitəsini parklama üçün nəzərdə tutulan yerlərdə ödənişdən azad şəkildə saxlaya bilər.
 
Şəhərin bir sıra yerlərində özəl ödənişli dayanacaqlar fəaliyyət göstərir. Bu sahə də müəyyən məsrəf tələb edir. Onların hansısa bayram günlərində ödənişsiz parklamaya getmələri isə kapital itkisi baxımından əlverişli deyil. Ona görə də özəl dayanacaq sahibləri bir sıra ölkələrdə olduğu kimi bayram günləri ödənişsiz kampaniyalar həyata keçirmirlər. Azərbaycanda bayram günləri ödənişsiz parkomatların həyata keçirilməsindənsə, yaxşı olar ki, özəl dayanacaqlar qiymət siyasətinə yenidən baxsın və qiyməti bir qədər aşağı salsınlar. Bu addıma gedilərsə, hazırda şəhərdə yolun sağ və solunda, avtomobilini hətta icazə verilməyən yerdə saxlayan sürücülər də rahat şəkildə həmin dayanacaqlardan istifadə edə bilərlər. Yəni həmin qurumlar əslində qiymət siyasətinə yenidən nəzər yetirib, onu aşağı salmaqla sürücülərin marağına cavab verən yanaşma sərgiləyə bilərlər. Bəzi ölkələrdə olduğu kimi, hansısa bayram günlərində həmin qurumlar sürücülərə pulsuz xidmət göstərsələr, bunu da ancaq alqışlamaq olar. Ancaq bazar iqtisadiyyatının öz şərtləri də var. Hər halda ödənişli dayanacaqlarda qiymətlər aşağı salınmalıdır”.
 
Qeyd edək ki, bir sıra ölkələrdə bu və ya digər bayram günlərində avtomobillərin parkomatlarda saxlanılması prosesi ödənişsiz olur. Məsələn, artıq ikinci ildir ki, Rusiyanın paytaxtı Moskvada Yeni il və Milad bayramı günlərində avtomobillər üçün bütün ödənişli parklanma yerləri pulsuzdur. Bu barədə Moskva şəhər Nəqliyyat Departamenti elan edib. Hansı ki, həmin qərar dekabrın 31-dən yanvarın 8-dək qüvvədə olacaq. Azərbaycanda isə hələ də bu sayaq təcrübələrdən yararlanmırlar.
 
ELÇİN
Sfera.az










OXŞAR XƏBƏRLƏR

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...