Zəhərlənən tələbələrlə bağlı yeni xəbər

Zəhərlənən tələbələrlə bağlı yeni xəbər
 

Bakı Dövlət Universitetinin (BDU) zəhərlənən tələbələrinin vəziyyətləri stabildir.

Sfera.az  bildirir ki, bunu APA-ya açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.

Onun sözlərinə görə, tələbələrin səhhəti yaxşılaşmaqdadır:

"Tələbələrin müayinələri davam edir. Təxminən gələn həftənin bazar ertəsi və ya çərşənbə axşamı onlar evə buraxıla bilərlər. Bu gün konsilium olunacaq. Konsiliumdan sonra tələbələrin reanimasiyadan palataya köçürülmələri gözlənilir”.

Baş toksikoloq qeyd edib ki, zəhərlənmə faktı ilə bağlı laboratoriyanın nəticələri açıqlanmayıb, hazırda istintaq gedir.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin 2№-li yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə üç tələbə qız aşkarlayıblar.

Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların müalicələri davam edir.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...