Zamiq Hüseynov: “Röya dedi ki, Abbasla barışmasan, sizi efirdə biabır edəcəyəm”

Zamiq Hüseynov: “Röya dedi ki, Abbasla barışmasan, sizi efirdə biabır edəcəyəm”

"Hamı bilir ki, Abbasla aramda soyuqluq var idi. Aramızdakı buzlar indi əriyir. Biz elə tərbiyə almamışıq ki, bir-birimizə qarşı ciddi səhv edək, sonra da o səhvi bağışlaya və ya altından qalxa bilməyək”.

Sfera.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında müğənni Zamiq Hüseynov deyib. Sənətçi Xalq artisti Röya Ayxanın vasitəsi ilə Əməkdar artist Abbas Bağırovla barışdığını bildirib:

"Aramızdakı yüngül bir inciklik idi. Bu inciklik qardaşlar arasında da olur. Birlikdə Moskva səfərimizdə incikliyə son qoyduq. Oradakı ab-havanı görən dostumuz Röya dedi ki, barışın: "İncikliyinizi qəbul edə bilmirəm. Barışmasanız, efirdə sizi biabır edəcəyəm"

Beləliklə də, Röyanın vasitəsi ilə barışdıq."

Zamiq Abbasla 13 yaşından dostluq etdiyini, ona doğma bir insan olduğunu dilə gətirdi:

"5-6 il idi ki, danışmırdıq. Abbasla uşaqlıqdan dostuq. 13 yaşından bir-birimizi tanıyırıq. Keçmişə baxanda, o illər də adamı doğmalaşdırır. Bu gün biz sənət yoldaşıyıq. Zamanında aramızda bəzi problemlər olub. Ümid edirəm ki, bundan sonra olmaz”.

Z.Hüseynov A.Bağırovla küsülü olduğu zaman toylarda üz-üzə gəldiyi zamanlarda incikliyi büruzə vermədiyini söylədi:

"Dəfələrlə Abbasla eyni səhnəni toylarda paylaşmışıq. Bir-birimizi elə təqdim edirdik ki, kənardan danışmadığımız bilinmirdi. Tədbirlərdə də görüşürdük. Küsülü olduğumuzu ancaq yaxın ətrafımız bilirdi”.

Qeyd edək ki, Abbasla Zamiq eyni tədbir və məclislərdə iştirak etsələr də, bir-biri ilə kəlmə kəsməyiblər. Onların küsülü olmasına səbəb isə Zamiqin tədbirlərin birində Abbasla salamlaşmaması olub.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...