\"Zakir Həsənovun müsahibəsindən Rusiya öz payını götürməlidir ki...\" - Arzu Nağıyev

\
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Rusiyanın "RİA-Novosti” agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər geniş rezonans doğurub. General-polkovnik Zakir Həsənov həmin müsahibəsində 2016-cı il aprel döyüşləri, Ermənistanın əldə etdiyi "İsgəndər” raketlərinin zərərsizləşdirilməsi, Azərbaycan Ordusunun işğalçı ölkəni cəmi 3 gün ərzində diz çökdürmək gücündə olması və digər mühüm məqamlara toxunub.

Zakir Həsənovun səsləndirdiyi fikirləri Sfera.Az-a şərh edən politoloq Arzu Nağıyev bildirib ki, 2016-cı ilin aprel hadisələri Rusiya, Ermənistan və ona bütün havadar dövlətləri  hiss etdilər ki, Azərbaycan ordusu Ermənistan ordusunun özü haqqında yaratdığı mifi sındıra bilər və sındırdı da.
 
 

Politoloqoun sözlərinə görə, Azərbaycan ordusu göstərdi ki, bizim tək Rusiyadan deyil, eyni zamanda müxtəlif dövlətlərdən aldığımız sialhlar da çox mühüm əhəmiyyət kəsb edir:
"Rusiya ilə strateji silah əməkdaşlığımızdan başqa, digər dövlətlərlə də əməkdaşlığımız var. İstənilən vaxt kadr potensialımız var ki, alınan silahlardan istifadə edək. Bundan baqşa, 2016-cı ilin aprel hadisələrində məsələyə Rusiya qarışmasaydı, prezidentlər səviyyəsində, Müdafiə nazirləri səviyyəsində xahiş-minnət olmasaydı, bəlkə də Azərbaycan hektarlarla torpağını geri qaytarardı. Sadəcə olaraq, Rusiya özü çəkindi ki, regionda böyük müharibə alovlana bilər, bu da regional dövlətlərin heç birinə xeyir getirməz. Çünki Rusiyanın qorxduğu məsələ daim müharibəni özündən uzaq tutmaq və bufer zonaları yaratmaqdan ibarətdir. Düşünürəm ki, Ukraynada da bu taktikadan istifadə edir, Dağlıq Qarabağda da və digər işğal olunmuş ərazilərdə də. Zakir Həsənovun dediklərində həqiqət var və yerində deyilmiş sözlərdi". 

Politoloqun fikrincə, ermənilər düşünürdü ki, Rusiyadan alınmış və yaxud müxtəlif yollarla Qarabağ ərazisinə qaçaqmalçılıqla yerləşdirilmiş silahlarla nəsə edə bilər:
"Ancaq bacarmadı. Bir daha sübut olundu ki, bizdə "İsgəndər" raketləri vuracaq qüvvəmiz və onlardan istifadə edə biləcək kadr potensialı güclüdür. Azərbaycan ordusunda olan ruh yüksəkliyi Rusiya olmasa Dağlıq Qarabağ münaqişəsini çoxdan həll edər. Bu gün NATO-nun və Rusiyanın sərhəddi Ermənistan ərazisindən keçməsəydi, bu münaqişəyə çoxdan son qoyulmuşdu. Çünki Rusiyanın regionda özəl maraqları var. Bu həm iqtisadi, həm siyasi, həm də hərbi maraqlardır. Onu da qeyd edim ki, son vaxtlar ermənilərin Dağlıq Qarabağ ərazisində İran və Azərbaycan sərhədində qoşunaları ilə birlkdə hər hansısa sərhəd təlimlərinin keçirilməsi bəyənilən məsələ deyil. Rusiya ATƏT Minsk Qrupunun həmsədrlərindən biridir və SSSR-nin varisi kimi ən böyük problemləri həll edən bir dövlətdir. Çox təəssüf ki, bu addımlarda birmənalı mövqe tutmur və Ermənistana təzyiqləri artırmır. Məhz ona görə də, Z.Həsənovun müsahibəsindən Rusiya da öz payını götürməlidir ki, bəli, Azərbaycanın bu gün ərazisi işğal altındadır, istəlinən vaxt o ərazilərdə anti-terror əməliyyatı keçirə bilər. Bunun üçün də Rusiya özü üçün müəyyən nəticələr çıxarmalıdır". 

Azər Salam
Sfera.az

OXŞAR XƏBƏRLƏR