Cəmİyyət

Zakir Həsənov açılış mərasimində iştirak edib - VİDEO

Zakir Həsənov açılış mərasimində iştirak edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun bütün hərbi hissələrində şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətlər davam etdirilir.

Oktyabrın 10-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Respublikası Prezidentinin ölkəmizin qida təhlükəsizliyi sahəsində həyata keçirdiyi tədbirlər və bu istiqamətdə normativ-hüquqi aktların tələblərinə uyğun olaraq yeni inşa olunan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasının açılışında iştirak edib.

Məlumat verilib ki, ən müasir texniki avadanlıqlarla təchiz edilmiş laboratoriyada qida təhlükəsizliyinə nəzarət dövlət standartlarına, normativ texniki və digər rəhbəredici sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilir. Laboratoriyada Azərbaycan Ordusunun şəxsi heyəti üçün tədarük edilən bitki, heyvan və qeyri-üzvi mənşəli ərzaq məsullarının müayinəsi aparılır. Xüsusi ayrılmış otaqlarında qida məhsullarının fiziki-kimyəvi, bakterioloji, radioloji və toksikoloji müayinəsi həyata keçirilir, ərzağın tam yararlı olmasına və keyfiyyət standartlarına uyğun gəlməsinə nəzarət edilir.
 

AdRiver

XƏBƏR LENTİ