\"Öz əsgərləri ilə çiyin-çiyinə vuruşurdu..\" - Şəhid polkovnik Babək Səmidli Türkiyə mediasında

\

Noyabrın 23-də işğaldan azad olunan Suqovuşan qəsəbəsində minaya düşərək həlak olan polkovnik Babək Səmidlinin qəhrəmanlığından Türkiyə mediası da söz açıb.


Sfera.az xəbər verir ki, türk xəbər saytları ilə bərabər televiziyalar da şəhid polkovnik Babək Səmidlidən bəhs edib. "Haber Global" kanalının hazırladığı süjetdə qəhrəman şəhidimiz Babək Səmidlinin fədakarlığı barədə danışılıb:

 

"44 günlük müharibə Ermənistanın məğlubiyyəti ilə bitsə də ermənilər Azərbaycan torpaqlarından çıxarkən belə əraziləri minalayıb. Həmin minalardan biri kollektivimizin də yaxından tanıdığı qəhrəman - Babək Səmidliyə rast gəldi...



Babək Səmidli Azərbaycan-Ermənistan müharibəsində cəbhə xəttində idi. Polkovnik erməni ordusuna göz açmağa imkan verməyib, onlara qarşı öz əsgərləri ilə çiyin-çiyinə savaşıb. Onun atdığı addımlar işğal olunmuş torpaqların geri qaytarılmasında əvəzedilməzdir", deyə jurnalist qeyd edib.


Televiziya Babək Səmədlinin işğaldan azad olunan Talış kəndində jurnalistləri qarşılaması və media nümayəndələrinə ərazidə minanın olmadığı ilə bağlı xəbərdarlıq etməsinə də diqqət çəkib:


"Bizə mina ilə bağlı xəbərdarlıq etdi, lakin özü minaya düşərək şəhid oldu.."


"Babək Səmidli ağ bayraq qaldıran erməni mülki vətəndaşlardan birinə də başqa gözlə baxmadı, türkiyəli döyüş yoldaşları onu unutmayacaq..."


Türkiyənin TGRT kanalında da Türkiyədə təlim görən Babək Səmidlinin qəhrəmanlığı barədə danışılıb:



"Babək Səmidlini Füzuli işğaldan azad olunduqdan sonra azan oxunan zaman nurlu üzünü təqdim olunan görüntülərdə izləmişdik. Polkovnik ağ bayraq qaldıran erməni mülki vətəndaşlarına toxunmasa da onlar əraziləri tərk edərkən onun qəsdinə durub ətrafı minaladılar. Budur türk əsgəri!


Babək Səmidlini Türkiyə hərb məktəbində olan dostları da anaraq, öz sevgilərini bildiriblər. Onlar döyüş yoldaşı olmuş polkovnikin dürüstlüyündən söz açaraq, onu heç vaxt unutmayacaqlarını dilə gətiriblər".


Sfera.az

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR