Yuxularınızı anlamaq istəyirsinizsə - mütləq oxuyun!

Yuxularınızı anlamaq istəyirsinizsə - mütləq oxuyun!

Şüuraltına çökmüş hisslər və yaddaş özünü yuxularda biruzə verir.  Bəs yuxugörmə ilə bağlı bunları bilirdiniz?

Görmə əngəllilər də yuxu görür:Doğulduqdan sonra görmə funksiyasını itirənlər yuxularda vizual obrazlar görə bilər. Doğuşdan görmə əngəlli olanlarsa şəkili görə bilmir, amma eyni səviyyədə qoxu, səs və duyğuları hiss edə bilir.

Hər kəs yuxu görür: Yüksək psixoloji problemləri olan insanlardan başqa hər kəs yuxu görür. Əgər yuxu görmədiyinizi düşünürsünüzsə, deməli yuxularınızı unudursunuz.

Yuxularda ancaq tanış simaları görürük: Zehnimiz yeni üzlər yarada bilməz. Yuxuda gördüyümüz simalar həyatda qarşılaşdığımız, amma xatırlamadığımız, ya da kimə aid olduğunu bilmdiyimiz üzlərdir. Hamımız həyatımız boyunca minlərlə sima görürük. Bunun üçün yuxularımızda minlərlə üzgörmə qabiliyyətinə sahibik.

Hər kəs rəngli yuxular görməz: Gözləri görən insanların 100-də 12-si yuxularnı ağ-qara görür, geri qalanları rəngli. 1915-1950-ci illər arasında aparılan araşdırmalara görə, yuxuların böyük əksəriyyəti ağ-qara görülüb. Ancaq bu nəticələr 160-cı ildən etibarən dəyişməyə başlayıb. Dünyada 25-dən az yaşı olan insanların yüzdə 4-ü yuxularını ağ-qara görür. Son araşdırmalar göstərir ki, bu dəyişikliyin səbəbi ağ-qara film və televizordan rəngli görüntüyə keçməmiz ilə əlaqədardır.

Yuxular simvolikdir: Məlum bir nəsnə və ya hadisə ilə bağlı yuxular, adətən birbaşa o nəsnə və ya hadisə ilə bağlı deyil. Yuxular simvolik dillə danışır. Belə ki, yuxular insanların gördükləri obrazı təmsil edirlər.

Duyğular: Yuxular ən çox duyğuların təsiri ilə üzə çıxır. Neqativ duyğuların təsiri isə daha güclüdür.

Heyvanlar da yuxu görür: Heyvanlar üzərində aparılan araşdırmalara görə, heyvanlar da insanlar kimi yuxu görürlər. Məsələn, yatmış bir iti müşahidə etsəniz, birini qovurmuş kimi pəncələrini tərpətdiyinin şahidi ola bilərsiniz.

Yuxuların real həyatla birləşməsi: Zehnimiz bədənimizin eyni zamanda həqiqətən duyduğu və ya hiss etdiyi şeyləri yuxularımızla birləşdirə bilir. Məsələn, yuxumuzda konsertdə musiqi dinlədiyimizi gördüyümüz an həmin musiqi realda radioda səslənmiş ola bilər.

Kişilər və qadınlar fərqli yuxular görürlər: Kişilər öz həmcinsləri haqqında daha çox yuxu görürlər. Belə ki, kişilərin yuxuda gördükləri xarakterlərin 100-də 70-i kişilərdir. Digər tərəfdən kişilər qadınlara nisbətən yuxuda daha aqressiv hisslər keçirirlər.

Gələcəkdən xəbər verən yuxular: Aparılan araşdırmalar insanların 100-də 38-nin yuxularında "gələcəklə bağlı” nələrsə gördüklərini, 100-də 70-nin isə "déjà vu” (dejavü) yaşadığını göstərir.

Xoruldayırsınızsa, yuxu görə bilməzsiniz: Elmi araşdırmalar xoruldayan insanların daha qısa, daha az sayda, adətən unudulan yuxular gördüyünü üzə çıxarıb.

Yuxuda orqazm ola bilərsiniz: Yuxuda cinsi əlaqəyə girə bilər və hətta realda olduğundan daha güclü orqazm yaşaya bilərsiniz.


OXŞAR XƏBƏRLƏR