Yevlaxda üstünə təkər düşən 71 yaşlı qadın ölüb

Yevlaxda üstünə təkər düşən 71 yaşlı qadın ölüb
 

Yevlaxda 71 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

Sfera.az-ın APA-ya istinadən  məlumatına görə, rayonun Kövər kənd sakini, 1948-ci il təvəllüdlü Qunca Quliyevə təsərrüfatında təmizlik işləri apararkən divarda asılı olan motosiklet təkəri onun üzərinə düşüb. Xəstəxanaya yerləşdirilən qadın aldığı xəsarətdən orada ölüb.

Faktla bağlı araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR