Yeniyetməni diz çökdürən kişi efirə çıxdı: Dəhşətli səbəb açıqladı - VİDEO

Yeniyetməni diz çökdürən kişi efirə çıxdı: Dəhşətli səbəb açıqladı - VİDEO
"Mən gecə-gündüz əziyyət çəkib, övladlarım üçün çalışıram".
 
Sfera.az xəbər verir ki, "Xəzər” televiziyasında yayımlanan "Səni axtarıram" verilişinə qatılan kişi yeniyetməni niyə alçatmasına aydınlıq gətirib. 
O bildirib ki, qarşısında diz çökdürdüyü yeniyetmə onun övladlarına şər ataraq bunları deyib: "Bu oğlan mənim qızım ilə oğlumun arasında intim əlaqənin olduğunu deyib. Bunu eşidən qız intihar həddinə çatıb. Dünən gecədən səhərə qədər yatmadan onların başının üstündə dayanmışam". 

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkədə ona nalayiq söz dediyi üçün alçaldılan gəncin videogörüntüləri yayılmışdı.
 
AZXEBER.COM
 


OXŞAR XƏBƏRLƏR