Yeni şərtləri qəbul etməyənlərin hesabları deaktiv ediləcək - \"WhatsApp\"dan daha bir qalmaqallı QƏRAR

Yeni şərtləri qəbul etməyənlərin hesabları deaktiv ediləcək - \
WhatsApp istifadəçi və gizlilik şərtlərinə yenilənmə gətirir. 
 
Bəs 15 May tarixinə qədər bu şərtləri qəbul etməyənləri nə gözləyir?

Sfera.az bildirir ki, bu barədə texnobloger, Prezident mükafatçısı Fərid Pərdəşünas məlumat verib.

O bildirib ki,  "WhatsApp" yeni şərtlərini qəbul etməyənləri aşağıdakı hallar gözləyir:

* Razılaşmanı qəbul etməsəniz, ancaq bildirişləri alacaqsınız və zənglər edə biləcəksiniz.

* Razılaşmanı qəbul etməsəz, 120 günlük bir məhdudiyyət olacaq profilinizə.

* Bu müddət ərzində qərar verib, razılaşmanı qəbul etməlisiniz.

* Bunu qəbul etməsəniz, 120 gün sonra profiliniz deaktiv olunacaq və məlumatlar silinəcək.

* Əgər, razılaşmanı qəbul etmək istəmirsinizsə, 120 gün ərzində fayllarınızı yedəyə almalısınız ki, silinməsinlər.

Texnobloger qeyd edib ki, "WhatsApp" heç bir halda yazışmaları oxumayacaq və zəngləri dinləməyəcək.

Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR