Yeni raket istehsal edəcəyik

Yeni raket istehsal edəcəyik

Azərbaycan 280 km mənzilli ballistik raket texnologiyasını əldə etmək üçün dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparır.

 

Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov Bakıda işə başlayan ADEX-2016 müdafiə sərgisi zamanı jurnalistlərə bildirib.

 

Camalovun sözlərinə görə, Azərbaycan hərbi sənayesinin yeni istehsal etdiyi "Zərbə” pilotsuz uçan döyüş aparatları Ermənistan ordusu üçün kabusa çevrilib.

 

Nazir deyib ki, Müdafiə Nazirliyi yüzlərlə belə pilotsuz uçan döyüş aparatı sifariş verib və bu günlərdə müvafiq müqavilə bağlanacaq.


OXŞAR XƏBƏRLƏR