Yeni nazir bütün əməliyyatları dondurdu - Vergilər Nazirliyində durğunluq

Yeni nazir bütün əməliyyatları dondurdu - Vergilər Nazirliyində durğunluq
Fazil Məmmədovun vergilər naziri postundan çıxarılmasından bir həftəyə yaxın vaxt keçir. Bu müddətdə nazirlik sistemində kadr baxımından hələ ki hansısa dəyişikliklər qeydə alınmayıb. 
 
Sfera.az xəbər verir ki, "Yeni Müsavat”ın bu haqda yaydığı məlumata görə, yeni nazirin kimlərlə işləyəcəyi, kimlərlə yollarını ayıracağı barədə ara-sıra müzakirələr aparılsa da, hələlik ciddi kadr dəyişikliyi həyata keçirilməyib.

"Bəs nazirlikdən kənar çevrələrdə, xüsusilə sahibkarlar üçün necə, F.Məmmədovun gedişi ilə nələrsə dəyişibmi?” yazan qəzet bildirir ki, son aylarda sahibkarlar arasında vergi orqanları ilə bağlı ciddi narazılıqlar yaranmışdı. Bir çox sahibkarlar vergi orqanlarının haqsız təzyiqləri ilə üzləşdiklərini, onlara həddindən artıq çox məbləğdə vergi hesablandığını, barələrində əsassız cinayət işlərinin başladıldığını, bu zaman onların qarşılıqlı iddialarının belə nəzərə alınmadığını bildirirdilər.

Xatırladaq ki, vaxtilə keçmiş MTN orqanları ilə bağlı sahibkarlar arasında böyük narazılıq vardı. Daim MTN-in mərkəzi və yerli strukturlarının təzyiqi altında olan sahibkarlar Eldar Mahmudov işdən çıxarılanda böyük sevinc hissi keçirirdilər. Mahmudovun nazir postundan uzaqlaşdırılmasından dərhal sonra iş adamları arasında bir-birinə gözaydınlığı verənlər az deyildi. Bu baxımdan, F.Məmmədovun gedişi ilə də sahibkarlar arasında narazılıqların aradan qalxıb-qalxmaması maraq doğurur.

Qəzet bildirir ki, sahibkarlarla aparılan söhbət zamanı məlum olub ki, hazırda vergi orqanları ilə bütün münasibətlər dondurulmuş vəziyyətdədir. Hətta Vergilər Nazirliyinin elektron sistemindən belə heç bir ödəyiciyə məktub-bildiriş göndərilməsi dayandırılıb: "Biz, sadəcə, vergilərimizi vaxtında ödəyirik. Deyiblər, ödənişləri ləngitməyin, vəssalam. Hətta 3 gündür vergi departamentinə gedən hamını geri qaytarırlar, əməliyyat aparmaq olmur. Hamı gözləyir, görək, necə olacaq..."

Maraqlıdır ki, bəzi sahibkarlar F.Məmmədovun savadlı, sahəni çox gözəl bilən adam olduğunu, sadəcə, son vaxtlar vergi orqanlarının haqsız təzyiqləri ilə çox üzləşdiklərini deyirlər. Sahibkarların fikrincə, vergilər nazirinin bir neçə müavini var ki, onlar da sistemlə bağlı məlumatlı olduqları üçün yeni nazirin işini qurmasında çətinliyi olmayacaq: "Əlbəttə, əgər həmin adamlar başqası ilə əvəz olunmasa, təzə nazir onlarla işini rahat qura bilər. Çünki vergilər elə bir sistemdir ki, oradan detallı məlumatın olmasa işləmək mümkün deyil. Həm də vergilər dövlətin əsas dayaq nöqtələrindən biridir, bu sahədə birdən-birə radikal dəyişikliklər heç də müsbət effekt verməyə bilər. Buna görə də yəqin ki, təzə nazir ehtiyatlı davranacaq”.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...