Yeni metro stansiyaları nə vaxt istifadəyə veriləcək?

Yeni metro stansiyaları nə vaxt istifadəyə veriləcək?

Metronun yeni stansiyaları gələn ilin əvvəlində istifadəyə veriləcək.

Sfera.az-ın ans-ə istinadən məlumatına görə, gələn il təhvil verilməsi planlaşdırılan “Avtovağzal” və “Memar Əcəmi 2” stansiyaları metronun bənövşəyi xəttinə daxildir. Artıq stansiyalarda tikinti işləri demək olar ki, yekunlaşıb və ərazidə abadlıq işləri aparılır.

Daxildə isə avadanlıqların qurlaşdırılması həyata keçirilir. Stansiyalarda eskalatorlar hazır vəziyyətə gətirilib, müasir işıqlandırma sistemi ilə təmin olunub. Bu stansiyalarda hərəkət üçün gətiriləcək yeni vaqonlar digərlərindən rahatlığı, genişliyi və havatəmizləyici sistemininin olması ilə fərqlənir.

Stansiyaların platforması 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Amma ilk mərhələdə burada 5 vaqon hərəkət edəcək. Yeni stansiyalarda fiziki qüsurlu insanların istifadəsi üçün də şərait yaradılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev qeyd edib ki, digər sərnişinlərdən fərqli olaraq əlil insanlar yerin üstündən bu liftlər vasitəsilə birbaşa platformaya enə biləcəklər.

Yeni vaqonlarda onlar üçün nəzərdə tutulmuş yerlərdə hərəkət edə biləcəklər.

Nəsimi Paşayev onu da bildirdi ki, bundan sonra inşa ediləcək bütün stansiyalarda fiziki qüsurların istifadəsi üçün liftlər quraşdırılacaq.

“Avtovağzal” və “Memar Əcəmi 2” stansiyaları gələn ilin birinci yarısında sərnişinlərin istifadəsinə veriləcək.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...