Yeni əxlaq standartı: Beşinci sinifdən məktəbdən çıxarıb…- JALƏ MÜTƏLLİMOVA YAZIR

Yeni əxlaq standartı: Beşinci sinifdən məktəbdən çıxarıb…- JALƏ MÜTƏLLİMOVA YAZIR
 

Bir tanışımızın, qızı Bakı məktəblərindən birində aşağı sinif şagirdidir. Deyir sinif yoldaşlarından birinin ata-anası dini təqriqətlərdən hansınasa qoşulub. Uşaq məktəbin bayramlarına gəlmir, ad günü qeyd eləmir, ünsiyyətdən qaçır. Ölkədə qeyd olunan hər hansı bayramı keçirmədiklərini cəmi bircə dəfə bildirib. O da maraq üçün sinif yoldaşları ondan niyə belə etdiyini soruşanda. Deyib ki, sizin bayramlarınız kafir bayramıdır. Siz kafir olduğunuz üçün, mənə sizinlə bayram keçirmək olmaz. Bizim öz bayramlarımız var. Uşaqlar da panikaya düşüb ki, bəs kafir nəmənə olan şeydir?!..

Bu mövzuya o üzdən bir qədər uzadaraq başladım ki, bu günlərdə Azərbaycanda bir gənc ana əri tərəfindən iyirmi bıçaq zərbəsi ilə qətl edilib. Deyilənə görə əslində bıçaq yox xəncərlə vurulub zərbələr. Mərhumun qayınatası və azyaşlı övladının gözü qarşısında. O uşağı kənara qoyuram, o cür cinayətə şahid olan adamdan gələcəkdə çox şey ola bilər amma yaxşı insan əsla olmayacaq. Çünki tərtərşürda adam potensial dəlidir…Gözünün önündə anası qətl edilib. Həm də vəhşicəsinə. Məni dəhşətə gətirən o ölən qızın anasının dedikləri idi. Ana deyir ki, mənim qızım tərtəmiz idi. Qonşular da bilir, biz onu evdən bayıra buraxmırdıq ailə quranacan. Atası beşinci sinifdən məktəbdən çəxarıb evə gətirib.

Yaxşı xatırlayıram indi efirdən ad çəksəm böyük skandal yaşanar deyə susuram. Amma Azərbaycanın böyük rayonlarından birində, erkən nigahacəlb olunmamaq üzrə göstərici əlli faizi keçirdi. Demək olar ki, beşinci sinifdən yuxarı məktəblərə qız balalar göndərilmirdi. On iki-on üç yaşı qızlar nişanlanır, bir qədərdən də sonra ərə verilirdilər. Azı iyirmi yeddi yaşlı oğlanlara. Yaxşı xatırlayıram Təhsil Nazirliyinə üz tutdum ki, məni o rayona yollayın. Getdim. Hamı dedi bəs elə şey yoxdur, rayoda hər şey əladır. Gedək çayımızdan iş, süfrəmizdə otur. Qırımımdan bəlli olanda ki, dövlət xətti və real faktlarla gəlmişəm təhsil şöbəsi müdirinin əl-ayağı təbii ki, əsdi. Yazını yazdıq, hətta bir neçə ailəyə o qədər xoş görünməsə də səni polisə verəcəyik təhdidi ilə razı salıb balasını məktəbə qaytara bildik. Amma və lakin bu bir adamın öhtəsindən gələ biləcəyi iş deyil.

Düzü əziz tamaşaçı mənə son dərəcə maraqlıdır. Qadın, ana nə deməkdir bilməyən, məktəb partası arxasından zorla qaldırılıb evə basılan, əlindən gəlinciyi alınan, az yaşında zorən qadın, doqquz aydan sonra da ana edilən qızların günahı nədir. Deyək ki, ata bilmir, analardadamı ruh ölüb. Analardamı bezir qız balalarından? Necə icazə verilə bilir ki, məktəb oxumadan, təhsil almadan bir qız cocuğu nataraz bir kişiyə arvad olsun. Bütün həyatı alt-üst edilsin. Bu mənada məni söyməkdə sərbəstsiniz düşünürəm ki, ərindən iyirmi bıçaq zərbəsi olan Leyladansa, onun ata-anası ölməli, özü də yetim yurdunda böyüməli idi. Dövlətin himayəsi altında. Vallah başqa yol qalmır, əgər ki, qız balalarınızdan bezmisiniz onar sizə yükdür, ərə verincə dövlətə verin. Qoy dövlət oxutsun, himayə eləsin, normal vətəndaş kimi yetişdirsin, bəlkə vətənə, dövlətə faydası olar gələcəkdə. Əslində bilirsinizmi bunu niyə deyirəm. Qadınları cahil gündə yaşayan bütün cəmiyyətlər məhvə məhkundur. Suriya, İraq, Əfqanıstan, Liviya kimi nümunələri var dünyada. Bir millətin gələcəyini əlindən almaq istəyirsənsə öncə anasını cahil elə deyə bir deyim də var. Çox uzatmayım, əslində demək istədiyim bu ki, əzizlər gələcəyin evinizdəki analarından muğayat olun. Vallah onları kamil böyütmək də VƏTƏNə bir cür xidmətdir.(gununsesi.org)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...