Yeni aprel savaşı? - Cəbhədə təxribatlar qaçılmaz ola bilər

Yeni aprel savaşı? - Cəbhədə təxribatlar qaçılmaz ola bilər
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşəcək. Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında baş tutacaq.

Görüş ərəfəsində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribat həyata keçirib və nəticədə Azərbaycan əsgəri şəhid olub.

Son vaxtlar xarici ekspertlər iddia edir ki, Qarabağ cəbhəsində döyüşlər yenidən başlaya bilər.


İlham Əliyevlə Paşinyanın görüşündən sonra cəbhədə vəziyyətin necə olacağı ilə bağlı hərbi ekspert Tərlan Eyvazov  açıqlama verib.

Tərlan Eyvazov bildirib ki, apreldə döyüşlərin başlayacağını düşünmür:

"Erməni tərəfinə döyüşlərin başlaması sərf etmir. Azərbaycan tərəfi isə danışıqların uzanmasına razı olmayacaq. Göründüyü kimi öz xələfləri kimi Paşinyan nəinki danışıqlara getmək, işğal etdikləri torpaqları verməmək əhvalındadır. Ümumiyyətlə, Ermənistanda bütün hakimiyyət dəyişiklikləri Qarabağ probleminin həllini uzatmaq üçündür”.

Hərbi ekspert qeyd edib ki, əgər danışıqlar bir qədər uzanarsa, döyüşlər başlaya bilər:

"Müharibənin genişmaştablı, yoxsa lokal olacağını demək çətindir, ancaq hər an hər şey ola bilər. Xarici ekspertlər də bunu durduq yerə iddia etmirlər. Azərbaycan ordusunun son təlimləri, aldığı silah-sursat hər halda anbarlarda saxlamaq üçün deyil. Cəbhədə təxribatların olacağı gözlənilən idi. Görüşün nəticəsinə uyğun olaraq da təxribatların həcmi dəyişə bilər. Erməni tərəfi hər dəfə görüşlərdən narazı çıxdıqdan sonra dərhal cəbhədə gərginliyi artırır”.yenicag

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...