Yay tətilində xaricə üz tutanlar üçün “Nar”-dan sərfəli rominq paketləri

Yay tətilində xaricə üz tutanlar üçün “Nar”-dan sərfəli rominq paketləri

 

Hər zaman abunəçilərinin dinamik tələblərinə cavab verən mobil operator "Nar”, yay tətilini xaricdə keçirən müştəriləri üçün sərfəli rominq paketləri təqdim edir. Müxtəlif ehtiyaclara uyğun sərfəli qiymətə təqdim olunan 4 rominq paketindən yararlanmaq üçün səfərə çıxmazdan əvvəl rominq paketlərindən birini sifariş etmək kifayətdir.

Təqdim olunan "Roaming 9” paketi abunəçilərə 500 MB internet, "Roaming 15” paketi 500 MB internet və 50 dəqiqə səsli zəng, "Roaming 18” paketi 1 GB internet, "Roaming 28” paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir. Xüsusilə qeyd etmək lazımdır ki, "Roaming 18” və "Roaming 28” paketlərində "WhatsApp” yazışmaları tamamilə pulsuzdur, yəni bu trafik sizin internet paketinizdən çıxılmayacaq.

Şifariş edilən paketdaxili internet və dəqiqənin balansını yoxlamaq üçün *777#20#YES kodunu yığmaq lazımdır. "Roaming 9”, "Roaming 15” paketlərinin istifadə müddəti 5, "Roaming 18” və "Roaming 28” paketlərinin istifadə müddəti isə 15 gündür.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...