\"Yaxın günlərdə namizəd olacağım dairəni də açıqlayacağam”- Afaq Bəşirqızı

\
Xalq artisti Afaq Bəşirqızı parlament seçkilərində iştirakla bağlı son qərarını açıqlayıb.
 
Sfera.az xəbər verir ki, sənətkar "ölkə.az"-a açıqlamasında bunları deyib:
"Heç vaxt vəzifədə, kresloda gözüm olmayıb. Amma son günlər sosial şəbəkələrdə deputatlığa namizəd olmağımla bağlı gedən müzakirələri izləyirəm. Hiss edirəm ki, illərdir sənət naminə gördüyüm işlər, hər zaman xalqımın, dövlətimin yanında olmağım cavabsız qalmayıb. İnsanlar mənim namizəd olmağıma yetərincə müsbət yanaşırlar. Əgər belədirsə, mən də onların Milli Məclisdə səsi olmağa müsbət yanaşıram. İstərdim ki, onların problemlərinin həllində, daha yuxarı instansiyalara çatdırılmasında yaxından iştirak edim”.

Xalq artisti əməkdaşımızın "hansı dairədən namizəd olmaq fikrindəsiniz" sualını belə cavablandırıb:
"Hələlik hansı dairədən namizəd olacağımı dəqiqləşdirməmişəm. Amma dairə seçimi barədə tam qərarsız da deyiləm. Çox güman ki, yaxın günlərdə namizəd olacağım dairəni də açıqlayacağam”.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevral ayının 9-da keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...