Yatmazdan öncə içilən suyun SİRRİ NƏDİR?

Yatmazdan öncə içilən suyun SİRRİ NƏDİR?
 
Su içməyin orqanizm üçün nə qədər həyati bir əhəmiyyətə malik olduğunu hamımız bilirik. 
 
Sfera.az xəbər verir ki, yatmazdan öncə və oyandıqdan sonra içdiyiniz bir stəkan suyun əhəmiyyəti gün ərzində içdiyiniz sudan daha çox faydalıdır.
 
Oyandıqdan sonra içdiyiniz ilıq su bağırsaq hərəkətlərini artırır. Bu da qəbizliyin qarşısını alır. Bəzi insanların ayılandan sonra öskürmə və asqırma kimi allergiyaları var. Su boğazı təmizləməyə kömək edir və infeksiya riskini azaldır.
 
Səhər baş ağrılarını mane olur və xüsusən hamilələrdə səhər ürək bulanması qarşısını almağa köməkçi olur. Hər yeməkdən 30 dəqiqə qabaq 1 stəkan su qidanı həzm etməyə kömək edir. Duşdan əvvəl 1 stəkan su, təzyiqin düşməsinə kömək edir. Yuxudan əvvəl 1 stəkan su isə ürək böhranını və iflicin qarşısını alır.
 
Suyun həyatı vəzifələri: Beynimizin 75%-i sudur. Bədən tempuraturunu tənzimləyir. Hüceyrələrə qida və oksigen daşıyır. Tənəffüs üçün oksigeni nəmləndirir. Yediklərimizi enerjiyə çevirir. Qanımızın 22%-idir. Əzələlərin 75%-idir.Tullantıları (oksidləri) məhv edir. Həyati orqanlarımızı qoruyur və rahatlaşdırır. Sümüklərin  22%-dir.  Əzələlərin 75%-idir. Oynaq yerlərini rahatlayır.

Sfera.az //
Aytac Salahova
 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.





OXŞAR XƏBƏRLƏR