Yaşlı deputatların əksəriyyəti gələn il seçkidə namizəd olmayacaq - \"QARA\" SİYAHI...

Yaşlı deputatların əksəriyyəti gələn il seçkidə namizəd olmayacaq - \
 
Azərbaycanda 2020-ci ildə Milli Məclisə seçkilərin keçirilməsi üçün ayrılacaq vəsaitin həcmi açıqlanıb. 2020-ci il dövlət büdcəsinin zərfində qeyd olunub ki, seçkilərin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasına 51 milyon 385 min 874 manat vəsaitin ayrılması nəzərdə tutulub.

Xatırladaq ki, sonuncu dəfə Milli Məclisə seçkilər 2015-ci ilin noyabrında keçirilib.
 

Qəfil növbədənkənar parlament seçkiləri olmayacaqsa, hazırkı Milli Məclisin bir il ömrü qalıb. 2020-ci ilin noyabrında növbəti parlament seçkiləri keçiriləcək.

Sfera.az  xəbər verir ki, "Yeni Müsavat” bir ay öncə növbəti seçkilərdə indiki deputatların təxminən 50 faizinin mandatsız qalacağı haqda məlumat yaymışdı. Hakimiyyətin bir çox deputatların, əsasən də pensiya yaşı keçmiş deputatların əksəriyyətinin parlamentə düşməsinə "qırmızı işıq” yandıracağı qeyd olunurdu. 

Ölkə prezidenti İlham Əliyevin bugünlərdə 70 yaşını ötmüş təqaüd yaşı çatmış məmurların istefa nümunəsi göstərməsini gözlədiyini bəyan etməsi parlamentdəki yaşlı deputatların da əksəriyyətinin növbəti seçkidə mandatsız qalacağı haqda yazdıqlarımızın real olduğunu bir daha təsdiqləyir.

Təqaüd yaşını keçmiş deputatlar-qanun yaradıcılığı üçün biliyi, təcrübəsi vacib olan bir neçəsi istisna olmaqla-növbəti seçkidə ümumiyyətlə namizədliklərini irəli sürməyəcəklər. Namizədliyini irəli sürmək fikrinə düşənlərə isə "məsləhət deyil” mesajı çatdırılacaq. Beləliklə, növbəti çağırış Milli Məclisin tərkibi prezidentin elan etdiyi islahat kursuna uyğun formalaşacaq. Deputat mandatı daşıyan gənclərin sayı çoxalacaq.   

Çünki prezident bəyan edib ki, yeni reallıqlar var və hazırda daha fərqli, sürətlə inkişaf edən dünyada yaşayırıq. Bu səbəbdən hazırda çox bacarıqlı, bilikli, savadlı gənc kadrlara ehtiyac var. Onların potensialından istifadə olunmalıdır. Bu da ona görə lazımdır ki, ölkəmizdə islahatlar kursunun alternativi yoxdur. İslahatlar kursu bundan sonra da davam etdiriləcək və daha da dərinləşdiriləcək. İslahatların və ölkəmizin qarşısında dayanan bu kontekstdə yeni hədəflərin məntiqindən çıxış edərək, yeni və gənc kadrlara ehtiyac artıb. Prezidentin bu cür açıq mövqeyindən sonra yaşlı deputatların seçkidə iddia irəli sürmək həvəsinə düşməyəcəyi bəllidir.

Qeyd edək ki, Azərbaycanda qanunvericlikdə təqaüd yaşı 65-dən yuxarıdır. Hazırkı Milli Məclisdə 118 deputat fəaliyyət göstərir. Həmin deputatlarının 42-nin yaşı 65 və 65-dən yuxarıdır. Parlamentin ən yaşlı deputatları Zeynəb Xanlarova, Ağacan Əbiyev, Fəttah Heydərov və Yaqub Mahmudovdur. Z.Xanlarovanın 83, A.Əbiyevin 82, F.Heydərovun 81, Y.Mahmudovun isə 80 yaşı var.

Ziyad Səmədzadənin 79, Arif Rəhimzadənin 78, Xanhüseyn Kazımlının 77, Eldar İbrahimovun 74, Rafiq Məmmədhəsənovun 74, Hüseynbala Mirələmovun 74, Valeh Ələsgərovun 73, Mixail Zabelinin 73, Əliağa Hüseynovun 73, Madər Musayevin 72, Əhliman Əmiraslanovun 72, Fəzail Ağamalının 72, Flora Qasımovanın 72, Hadi Rəcəblinin 72, Tahir Süleymanovun 71, Yevda Abramovun 71, Mahir Aslanovun 70, İsa Həbibbəylinin 70, Şəmsəddin Hacıyevin 69, Mirkazım Kazımovun 69,  Tahir Rzayevin 69, Elman Məmmədovun 69, Rasim Musabəyovun 68, Bəxtiyar Sadıqovun 68, Fəzail İbrahimlinin 68, Araz Əlizadənin 68, Eldar Quliyevin 68, Cavanşir Paşazadənin 66, Asim Mollzadənin 66, Elmira Axundovanın 66, Aqil Abbasın 66, Əli Məsimlinin 66, Gövhər Baxşəliyevanın 65, Sabir Hacıyevin 65, Rafael Hüseynovun 65, Mirzəcan Xəlilovun 65 yaşı var.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...