YAP sabah qurultay keçirəcəkmi? – “Mənə heç bir söz deməyiblər...”

YAP sabah qurultay keçirəcəkmi? – “Mənə heç bir söz deməyiblər...”
Martın 5-də hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayının keçiriləcəyi barədə məlumatlar yayılıb.
 
Mediada və sosial şəbəkələrdə yayılmış bu məlumat rəsmən təkzib olunmayıb. Bununla belə, partiyanın nizamnamə tələbinə uyğun olaraq yerlərdə qurultaya nümayəndələr seçmək üçün konfransların, ümumi yığıncaqların keçirilməməsi xəbərin səhihliyinə şübhələr yaradır.
 
Maraqlıdır, YAP sabah növbədənkənar qurultay keçirəcəkmi?

Mövzuyla bağlı Sfera.az-a danışan YAP-çı millət vəkili Elman Nəsirov növbədənkənar qurultay barədə hər hansı məlumata malik olmadığını deyib:

"Sabah qurultayın olub, olmayacağı ilə bağlı dəqiq nəsə deyə bilmərəm. Bununla belə Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultay keçirilməsilə bağlı hər hansı rəsmi qərarı yoxdur. Bunu sadəcə olaraq, mətbuat yazır. Amma məndə bu məsələ ilə bağlı hansısa məlumat yoxdur”.

YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov da məsələdən xəbərsizdir: "Qurultayın keçiriləcəyi ilə bağlı xəbərim yoxdur. Mənə bu barədə heç bir söz deməyiblər. Əgər nəsə olacaqsa, bunu cəmiyyət də biləcək”.

Elçin
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR