Yanvarın 1-dən spirtli içkilərin nağd pulla pərakəndə satışına qoyulan qadağa rəsmən ləğv ediləcək

Yanvarın 1-dən spirtli içkilərin nağd pulla pərakəndə satışına qoyulan qadağa rəsmən ləğv ediləcək

Gələn il yanvarın 1-dən Azərbaycanda spirtli içkilərin pərakəndə qaydada nağd pulla satışına qoyulan qadağa rəsmən ləğv edilir.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında 24 dekabr 2016-cı il tarixli fərmanında əksini tapıb.

 

Qeyd edək ki, aksiz markaları ilə markalanmalı olan malların siyahısına  içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatları daxildir.  "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” 2016-cı il  yanvarın 1-dən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilməməsini nəzərdə tuturdu. Başqa sözlə, aksiz markası ilə markalanmalı olan alışı və satışı bu malların istehsalı, idxalı və ya satışı üçün müvafiq lisenziya olduqda, həmin malları təqdim edən şəxs tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olduqda və həmin malın təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədi ilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilmə halları istisna olmaqla) ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə həyata keçirilə bilərdi. Bu tələblərdən hər hansı birini pozan şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqdı.

 

Ancaq bu il yanvarın 1-dən spirtli içkilərin və pivənin nağd qaydada pərakəndə satışına qoyulan qadağanın tətbiqi mümkün olmadı. Nağdsız ödəniş üçün əksər insanlarda plastik kartların olmaması, ticarət obyektlərində də lazımi avadanlıqların olmamasını nəzərə alan dövlət başçısının müdaxiləsi ilə qadağanın tətbiqi müvəqqəti dayandırıldı. Azərbaycan prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli  fərmanı ilə pivənin pərakəndə qaydada nağd satışına qoyulan qadağa ləğv edildi.  Azərbaycan prezidentinin 24 dekabr 2016-cı il tarixli fərmanı ilə  "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”na edilən dəyişikliklə isə artıq spirtli içkilərin nağd pulla pərakəndə qaydada satışına qoyulan qadağa rəsmən ləğv edilir. Bu fərman 1 yanvar 2017-ci ildən qüvvəyə minəcək.

 

Bu, həm də o deməkdir ki, 1 yanvar 2017-ci ildən içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatların nağd pulla topdan satışı qəti qadağan olunacaq. Bu tələblərdən hər hansı birini pozan hüquqi və fiziki şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaq. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...