XX ƏSRIN MÜƏMMALARI - ROUSVELL INSIDENTI

XX ƏSRIN MÜƏMMALARI - ROUSVELL INSIDENTI
MƏHƏRRƏM  ABDULLA

Bəşəriyyət tarixində zaman-zaman müəmmalarla dolu, bir çox sirli hadisələr baş verib ki, bunlardan birini-ufologiya tarixində müəyyən izlər qoymuş "Rousvell insidenti”ni missal göstəmək olar. Bu hadisənin mövcudluğu ilə bağlı yaranan saysız-hesabsız müzakirələr, bir zamanlar dünya mediasının diqqət mərkəzində idi. Belə ki, "Rousvell insidenti” tarixdə həm də ən məşhur və yaddaqalan hadisələrdən biri, belə demək mümkünsə, hətta ufologiya nəzəriyyəsinin başlanğıc nöqtəsi də hesab olunur. Hadisə ilə bağlı,əsasən ufoloqların açıqladığı belə bir maraqlı versiya vaxtilə,mətbuat səhifələrində də geniş yer almışdı: bəzi mülahizələrə əsasən, 1947-ci ilin yayında ABŞ-ın Nyu-Meksiko ştatının Rousvell və Kraun şəhərləri yaxınlığında qəzaya uğrayan naməlum kosmik gəmi və onun heyət üzvlərinin qalıqları aşkar edilibmiş.  Qəza yerinin lap yaxınlığında, demək olar ki, "bir addılıq məsafəsində” isə, ABŞ-ın hərbi-hava qüvvələrinin məxfi hərbi-raket poliqonu yerləşirdi. Hadisənin maraqlı və qəribə tərəfi də bunda idi. Ötən əsrin 70-ci illərinin sonunda, bu insident nəticəsində aşkar edilən naməlum obyektin mənşəyi və təyinatı ilə bağlı, genişmiqyaslı qızğın  mübahisələr və hətta təxribat xarakterli fərziyyələr də mövcud idi. İnsidentin qəribəlikləri isə bununla bitmirdi və bu olayla bağlı müfəssəl təsəvvür yaratmaq üçün hadisənin xronoloji ardıcıllığına qısa nəzər salaq:
 
....1947-ci ilin bürkülü yay axşamlarının birində, daha dəqiq desək, iyulun 2-də, ştatın bəzi sakinləri Rousvell səması üzərində, şimal-şərq istiqamətində sürətlə və səssiz şəkildə uçan, disk şəklində olan qəribə obyekt müşahidə edirlər. Ertəsigün isə şəhərdən 75 mil aralıda, böyük bir əraziyə səpələnmiş və bu naməlum uçan obyektə aid edilən qalıqlar aşkar edilir. Qəzanın birbaşa şahidlərindən biri -fermer Mark Breyzelin verdiyi ifadəyə görə, həmin gün o səmada, göy gurultusuna bənzər səslə müşayiət olunan güclü işıqlanma müşahidə edib. Bir az sonra isə, rançosundan aralıdakı çöllükdə aşkar etdiyi naməlum uçan obyektin və heyət üzvlərinin qalıqlarıonu heyrətə gətirib. Fermerin sözlərinə əsasən, kosmik gəminin fraqmentləri parlaq folqaya bənzəyirmiş və bu materialların üzərində qədim heroqlifləri xatırladan yazılar var imiş.  O israr edib ki, bu qalıqlar çox yüngül, elastik olmaqla yanaşı, eyni zamanda son dərəcə dözümlü materialdan olub və hətta ağır çəkic zərbəsindən sonra belə, onda heç bir iz qalmırmış. Breyzel baş verən hadisə və qalıqlar barədə dərhal yerli polis məmuruna xəbər verir, o isə öz növbəsində bu barədə məlumatı yaxınlıqda yerləşən hərbi bazanın rəhbərliyinə məruzə edir.
Ertəsi gün qəza yerinə gətirilən hərbi texnikavəuniformalı  şəxslər, topladıqları qalıqlarıtəcili surətdə hərbi-hava qüvvələrinin Rousvell ətrafında yerləşən bazasına göndərirlər. Bu hadisədən bir neçə gün sonra, yəni iyulun 8-də Rousvelldə və Çikaqo şəhərlərində nəşr olunan bütün qəzetlərdə, "Rousvell səmasında naməlum uçan obyekt ələ keçirildi” başlıqlı məqalələr dərc olunur. Məqaləni isə rəsmi mənbəyə-bazanın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, leytenanat Uolter Hautun tərtib etdiyi press-relizə əsasən çap etmişdilər. Leytenanat isə öz növbəsində bu press-relizin hazırlanmasını əmrini, hərbi bazanın komandiri, polkovnik Uilyam Blanşardan aldığını bəyan edib. Az sonra bu insident demək olar ki, hətta ufoloqlar tərəfindən belə unudulur və uzun müddət ərzində yada salınmır. 
 
Bu hadisə yalnız, 30 il sonra yenidən gündəmə gətirlir. Belə ki, 1978-ci ildə fizika alimi və ufoloq Con Fridman, Rousvelldə 1947-ci ildə baş vermiş hadisələrlə bağlı tədqiqatların bilavasitə iştirakçısı olmuş mayor Cessi Marseldən müsahibə alarkən, o qətiyyətlə əminliyini bildrir ki, hərbi qüvvələr o zamanlar həqiqətən də yadplanetlilərin kosmik gəmisini tədqiq ediblər.Elə həmin il, bu hadisədən az sonra ABŞ-ın hərbi-hava qüvvələrinin komandanlığı, 1947-ci ilin yayında Nevada səhrasında keçirdikləri hərbi-sınaq əməliyyatları haqda məlumatlar verirlər. Bir neçə il sonra, 1984-ci ildə isə daha maraqlı bir hadisənin baş verməsi haqda fərziyyələr yayılır. Belə ki, həmin il eyni vaxtda İki məşhur ufoloq-alimin evinə, heç bir cavab ünvanı göstərilməyən bağlamalar gətirilir. Onların içərisində bir sıra sənədlər və aşkarlanmış  fotolentlər var idi. Belə məlum olur ki, guya bunlar 18 noyabr 1952-ci il tarixinə aid edilən tamamilə məxfi sənədlərdi. Materiallarda deyilirmiş ki, 1947-ci ildə Rousvell ətrafındayadplanetlilərin kosmik gəmisi heyəti ilə birlikdə naməlum şəraitdə qəzaya uğrayıb. Sonradan onun qalıqları, heyət üzvləri ilə birgə tədqiq olunmaq üçün gizli hərbi bazaya gətirirlir və bu materiallara "məxfi” qrifi altında "Majestic-12” adı verilir. Bəzi mülahizələrə görə, sənədlərin içərisində hətta 1947-ci ilə aid olan rəsmi sənəd-xidməti məktub da var imiş və guya ki, bu məktubda yadplanetlilərlə bağlı gizli layihə məhz bu adla adlandırılıbmış.
Bu materialların haradan və kim tərəfindən göndərildiyini müəyyən etmək mümkün olmur, eyni zamanda materialların saxta olmasını da sübut edən heç bir fakt aşkar edilmir. Amma bundan sonra belə şayiələr gəzməyə başlayır ki, sən demə vaxtilə qəzaya uğrayan naməlum kosmik gəminin heyət üzvlərindən bir nəfəri sağ qalıbmış. Fərziyyələrə görə, gizli hərbi hospitalda1 il ərzində saxlanılan humanoid üzərində elmi tədqiqatlar aparılıb, lakin sonradan Yer sakinləri üçün adi hesab edilən infeksiyaya yoluxan yadplanetli vəfat edir.
 
1994-cü ildə ABŞ-ın Konqresi, istintaq orqanlarından Rousvell hadisəsi ilə bağlı hərbi arxivdə saxlanılan sənədləri araşdırmağı tələb edir. Nəticədə, gizli və ya qeyri-adi heç bir şeyin aşkar edilmədiyi barədə məlumatlar verilir. Bununla bağlı yüksək hərbi dairələr 1947-ci ilin iyulunda jurnalistlərə düzgün informasiya vermədiklərini etiraf edirlər və o zamanlar,   "Moğol" adlı məxfi layihə çərçivəsində, Sovet İttifaqına qarşı casusluq məqsədilə hava zondlarının buraxıldığı barədə məlumatlar səsləndirirlər. Məlumata görə, belə zondlar SSRİ ərazisində yerləşən ballistik raketlərin izlənilməsi və məxfi dinləmə disklərinin daşınması üçün nəzərdə tutulubmuş. Belə bir məlumat da verildi ki, məhz həmin hava zondu 1947-ci ilin yayında Nyu-Meksiko ştatının Rousvell və Kraun şəhəri yaxınlığında qəzaya uğrayıb və naməlum uçan obyektə aid edilən qalıqlar da, həmin hava zondunun parçalanmış hissələri olub. Naməlum uçan obyektin üzərində aşkar edillən qəribə heroqliflərə gəlincə isə, hərbçilər bunu zondlara qoşulan  radar reflektorlarının bərkidilməsi üçün istifadə edilən lentlərin üzərindəki naxışlarla əlaqələndirməyə çalışdılar. Bu naxışların mövcudluğu isə belə əsaslandırıldı ki, belə bəzəkli sifarişləri yerinə yetirən sən demə oyuncaq fabriki olub. Bu fabrik isə vaxtilə, İkinci Dünya Müharibəsi zamanı, belə hərbi sifarişləri də yerinə yetirməyə başlayıbmış.Lakin, ufoloqlar yenə də bu nəticələrlə razılaşmadılar və bu məsələ ilə bağlı digər variantları mübahisə predmeti hesab edirlər.
 
Bəşəriyyət isə tarixin növbəti  müəmmalı oyununda yenə də dilemma qarşısında qalmışdı: həqiqətən də yadplanetlilər mövcud olublar, yoxsa ki, bu doğurdan dahərbi məqsədlər üçün nəzərdə tutulan növbəti kəşfiyyat "oyuncaq”larından biri imiş?

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...