“Xüsusi iqtisadi zonaların idarə edilməsi daha elastik olacaq” - Yeni yaradılan Agentliklə bağlı ŞƏRH

“Xüsusi iqtisadi zonaların idarə edilməsi daha elastik olacaq” - Yeni yaradılan Agentliklə bağlı ŞƏRH
"Məsələlərin həllində idarəetmənin bir mərkəzdən həyata keçirilməsi olduqca önəmlidir. Belə olduqda vahid çərçivədə bütün məsələlər qoyulur və həllini tapır. Vahid idarəetmə pərakəndəlilik, özbaşınalıq olmur, yersiz "yaradıcılığa” yol verilmir”. 

Bunu Sfera.az-a Prezident İlham Əliyevin sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı fərmanını şərh edən keçmiş maliyyə naziri Fikrət Yusifov söyləyib.

F.Yusifov qeyd etdi ki, müəssisələrin, istehsal sahələrinin idarə edilməsində səmərəliliyin artırılması vacibdir: 

"Sənaye parkları, sənaye məhəllələri yaxşı idarəetmə tələb edən sahələrdir. Burada istehsal, xidmət müəssisələri bir ərazidə fəaliyyət göstərir, onların hər biri arasında qarşılıqlı əlaqə olur. Əgər burada idarəetmə düzgün təşkil edilmirsə, deməli ümumi fəaliyyətdə problemlər yarana bilər. 

Buna görə də yaxşı təcrübə öyrənildikdən sonra onun əsasında bütün xüsusi iqtisadi zonaların vahid mərkəzdən idarə edilməsinə qərar verilməsi daha yüksək keyfiyyət göstəricilərinin əldə edilməsinə şərait yaradacaq”. 

Adətən belə qərarların idarəetmədə elastikliyi təmin etmək, məsələlərə operativ reaksiya vermək, müdaxilə təmin etmək məqsədi daşıdığını söyləyən iqtisadçı-ekspert Fuad İbrahimov hesab edir ki, bəzən bütün şəraitin yaradılmasına baxmayaraq idarəetmə səmərəli olmadıqda xərclənən vəsaitlərin effektivliyi, investisiyaların geri qayıtma prosesi yubanır: 

"İndiki dövrdə bu qəbildən olan məsələlərdə axsamaq olmaz. İldən-ilə xərclərdə rasionallığın artırılması, ondan daha səmərəli istifadə edilməsi zərurətə çevrilir. Belə bir agentliyin yaradılması idarəetməni təkmilləşdirərək investisiyaların effektivliyini artıracaq”.

F.İbrahimov düşünür ki, sənaye parkları böyük səmərə gətirdiyindən hökumət bu sahədə fəaliyyətin gücləndirilməsində maraqlıdır: 

"Sənaye parklarına sərmayə qoyuluşu artır, yeni texnologiyalar cəlb edilir. İndiyə qədər 50 rezident qeydiyyata alınıb və onların əksəriyyəti fəaliyyətə başlayıb. Onlar tərəfindən 3,5 milyard dolları investisiya qoyulub. Ən önəmli fakt ondan ibarətdir ki, sənaye parklarının 3,3 milyard manatlıq satışının təxminən 800 milyon manatı ixraca yönəlib. Bu faktlar sənaye parklarının həm istehsalın, həm də qeyri-neft ixracının artırılmasında əhəmiyyəti böyükdür”.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...