Xoşbəxt qadınlar pis həyat yoldaşı olur - Maraqlı İZAH

Xoşbəxt qadınlar pis həyat yoldaşı olur - Maraqlı İZAH
Uzun illərin təcrübəsi göstərib ki, xoşbəxt qadın adətən qayğısız, etinasız həyat yoldaşı olur. Onların evlərində də həmişə içilməmiş qəhvə fincanı, dağınıq yataq, oxunmamış kitab, şən səliqəsizliyə rast gələrsiniz.
 
 

Sfera.az xəbər verir ki, mütəxəssislər xoşbəxt qadınların pis həyat yoldaşı olduqlarını iddia edirlər.

Onların fikrincə, bədbəxt qadınlar daha yaxşı həyat yoldaşı ola bilir. Onların həyatı uğursuzluqlarla dolub daşır, qəlblərini buz kəsib. Fərq yoxdur hansı səbəbdən, nə üçün… O qadınlar sadəcə bədbəxtdirlər.

Tutaq ki, xoşbəxt qadın dolabda təmiz yataq dəsti tapa bilmir. Yadına düşür ki, axı paltarları yumağı unudub. Amma əhvalı o qədər yaxşıdır ki, bu hadisəyə gülür və önəm vermir.

Xoşbəxt qadının evində heç vaxt ehtiyyatda ərzaq, əşya və ya pul olmur. Buna görə də qarşı tərəf özünü çox lazımlı hiss edir. Anlayır ki, o olmasa, qadın bütün bunları əldə edə bilməz. Sevimli, şən, enerji dolu qadınını xoşbəxt etmək üçün kişi məişət məsuliyyətini də könüllü şəkildə öz üzərinə götürür. Qadın onu idarə etməyə çalışmır, çərçivəyə salmır. Ona görə kişi həyat yoldaşını qısqanır, daim yanında olmağa can atır.

Bədbəxt qadınlarsa, əksinə tez və dadlı xörəklər bişirir. Ona görə də əri sağlam və gümrahdır. Ümidsiz qadınların evində hər zaman əsgərlikdə olduğu kimi ideal təmizlik hökm sürür. Dolablarda paltarlar riyazı dəqiqliklə qatlanıb, mətbəxində hətta müharibələrə tab gətirən ərzaq ehtiyatı var. O, həm də qənaətcildir. Pul yığmağı da bacarır. Gün ərzində dərdlərindən qurtulmaq üçün özünü ev işlərinin ağuşuna atır, fasilə vermədən qabları, paltarları yuyur, ev yığışdırır. Ərini də tez-tez yaxşıca yedirib-içirdir.

Çox vaxt kişi qaynanmış suda məhv olan mikrob, yaxud təmiz mətbəx sevməyən tarakan kimi bu şəraitdən qaçmağa can atır. Bu qadınlar gözətçi kimi ərlərini güdür, pencəklərinin üstündə qadın teli axtarırlar. Onların ərləri də körpə kimi küçədəki "zibil”i dadmağa meyllənirlər.

Ətrafında hər kəs bu qadının ideal həyat yoldaşı olduğunu deyir. Rəfiqələrini də ev işlərindəki uğurlarına görə tərifləyir. "Bu gün bişirdiyi yeməyi bəyəndim. Görünür ki, evdarlığı öyrənmək istəyir” kimi cümlələr qurur.

Bədbəxt qadınlar gün ərzində vəhşi işgüzarlıqla evin içində dolaşırlar ki, toz damcısı, yaxud ləkəli güzgünü silsinlər. Ərləri də evdə necə davranacaqlarını bilmirlər. Evdəki səliqəni pozmaqdan qorxduqları kimi, onunla rahat, isti, çılpaq ünsiyyətdən də çəkinirlər.

Publika.az


OXŞAR XƏBƏRLƏR

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...