Xocalıda olan rus polkovnikin ŞOK MƏXFİ MƏLUMATLARI - DƏHŞƏT DOLU ARAŞDIRMA

Xocalıda olan rus polkovnikin ŞOK MƏXFİ MƏLUMATLARI - DƏHŞƏT DOLU ARAŞDIRMA
Sfera.az saytı 366-cı alayda yerləşən 02270 nömrəli (Dağlıq Qarabağda) hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi Vladimir Savelyevin Xocalı faciəsi haqqında dəhşətli xatirələrini və məxfi sayılan sənədləri oxuculara təqdim edir.

2000-ci ilin dekabrayının 16-da isə Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinin polkovniki, Vladimir Romanoviç Savelyevin Birləşmiş Millətlər Təşkilatına ünvanlanmış məktubunda isə Ermənistan ərazisindəki əsirlərin sayından, düşərgə zonalarından bəhs olunur.
Bundan əvvəl isə «Jmanak» qəzeti (Türkiyə erməni diasporunun qəzeti) 1992-ci ilin fevral hadisələrini, qanlı qırğını şərh edərək yazır: «...Biz vəcdə gəldik. Ermənilərə öz dədə-baba torpaqları uğrunda vuruşmaq üçün güc və qüvvət verilmişdi. Bu işdə Allahın razılığını görürdük. Və vuruşurduq. Azərbaycanlılar isə bizim qədər torpaq istəyə bilmədi. Məhəbbət və Vətən sevgisi olduğu üçün biz qalib gəldik. Bakıdan da xəbərdarıq. Orada torpaq uğrunda yox, sülalə və vəzifə, səltənət və şöhrət uğrunda daha çox güc sərf olunur. Çünki Bakıda da bilirdilər ki, bu torpaqlar bizimdir, bizim dədə-babalarındır. Bu barədə rus zabiti Vladimir Savelyev adlı birisi meydanda atılan topların yanında bizdən sorğu etdi. O, bizim müxbirdən tələb edirdi ki, bu yerlərdən çıxıb getsin...» (1992-ci il, 24 fevral).

Vladimir Savelyev 366-cı Alayda yerləşən 02270 nömrəli (Dağlıq Qarabağda) hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi olub. Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik 1992-ci il noyabr ayının 26-da, 1994-cü il mart ayının 19-da, 1998-ci il avqust ayının 22-də və nəhayət, 2000-ci ilin iyul və dekabr aylarında BMT-yə, Avropa şurasına sonda Baş Kəşfiyyat İdarəsinə «Məxfi Arayış»ını təqdim edir. O, son arayışlarını «zabit Puqaçov» imzası ilə göndərib. Polkovnik erməni terror təşkilatları ilə Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatları izləyərək, fakt və sənədlərdə, «Agentura» gücü ilə əldə etdiyi informasiyalarda bütün olub keçənlərin şərhini verib etiraf edir: «...Mən bütün bunları yazmaya bilmərəm. Hər şey gözlərim önündə baş verib. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayışı həm Kremlə, həm də MN-ə, BKİ-nin generallarına göndərdim. Oxuyun - dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi. Mən Bakıdakı hadisələri də izləyirdim. Hiss olunurdu ki, Prezident Ayaz Niyazoviçi aldadıb tora salıblar. O, kələfin ucunu itirmiş, hər şeyi nəzarətdən çıxarmış, qarşıdurmanın mərkəzində dayanmış, nüfuzunu itirmiş Ali Baş Komandandır. Azərbaycan hərbi əks-kəşfiyyatına gəlincə belə bir qurum iflic olub. Aldığımız məlumata görə, bu qurumun əməkdaşları orduda kartof kisələrinin, soğan və ətin oğurlanıb-oğurlanmaması ilə maraqlanır, əsas məsələlərə girişə bilmirdilər.Prezident Xocalıda nəyin baş verməsini dərk etmirdi. Azərbaycan ordusunun Baş Qərərgahında hamı özünü qərargah rəisi kimi aparırdı. Dördüncü ümumordu qoşun birləşmələrində isə gərginlik genişlənirdi. Bu qoşun birləşmələrində hər şey Azərbaycan əleyhinə idi. Vəziyyət nəzarətdən çıxmışdı.Zabitlər başlarını itirmişdilər.Məlumat aldıq ki, Azərbaycanda Prezident Aparatında və güc nazirliklərində ikitirəlik var. Məqsəd və fikirlər bir-birini tamamlamırdı. Hamı siyasi məqsədləri üçün «Müharibə kartından» yapışmışdı. Bu kartı paylayanlara gəlincə, onların bir qismi Azərbaycanın Ali Baş Komandanının, bir qismi də müxalifətin və nəyə xidmət etdiklərini anlamayan savadsız və küt generalların yanını kəsdirmişdilər...».

Fransada çıxan «Frans katolik-ekklezia» - aylıq jurnalında «Hücumdan öncə» yazısını çap etdirən erməni jurnalisti Berain Siracyan yazır: «...Xocalını gözlərimlə gördüm. Döyüşən, hər qarış torpaq uğrunda vuruşan artsaxlıların igidlikləri məni valeh etdi. Amma mən torpaq uğrunda gedən vuruşmanın bu tərzdə aparılmasının tərəfdarı deyildim. Hər yerdən qan iyi gəlirdi. Qar üstündə qalaqlanmış buz üstündəki kimsəsiz, sahibsiz cəsədlərdən qorxdum. Qorxdum ki, bu qan üçün heç vaxt Azərbaycan tərəfi, sabahkı nəsillər susmasın. Bu gün ruslar bizimlədir. Bəs sabah?.. Biz tənha qala bilərik. Digər tərəfdən, Xocalıda vuruşanların, erməni qardaşlarımın gözlərindəki alovun sönməyəcəyinə də şübhəm yoxdur. Bu alov vətən torpağı üçün yandırılmış ocağın alovlarıdır. Belə alovlar isə heç vaxt sönmür...» (1992-ci il, 12 mart). 

Halbuki 1992-ci ilin yanvar ayında Paris yaxınlığında qeyri-leqal məxfi təlim düşərgəsi yaratmı «ASALA» erməni terrorçu təşkilatının bir qrup üzvü - 26 nəfərlik dəstə, mayor Aşin Simonyanın başçılığı ilə Xankəndiyə təşrif gətirmişdi. Onlar başlı-başına buraxılmış 366-cı alayın içərisində asanlıqla öz dayaqlarını qura bildilər. Polkovnik Yevgeni Zarviqarova nağd 36 min ABŞ dollarını tanışlıq üçün «hədiyyə» etdilər. Məlumata görə, 23-cü diviziyanın komandiri, general-mayor Boris Budeykin polkovnik Zarviqarovu buna görə ittiham da edib. Dördüncü Ordu komandanlığı qarşısında onun «zabit şərəfinə xəyanəti» üstündə azad olunmasını, qovulmasını tələb edib. Lakin bütün bu ittiham və tələblərə baxan yox idi. Çünki qanunlar artıq işləmirdi. 
Polkovnik V.Savelyev yazır:«...Əslində millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı polk ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyatlarda polkun ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşıyırdı...». Polkovnik 1992-ci ilin aprel ayının 12-də MN-ə göndərdiyi məktubda isə bunu yazır: «Öldürülmüş, məhv edilmiş adamların bir qisminin şəxsiyyətlərini təyin edən sənədlərdən 46-sını nömrələyib, Azərbaycanın MN-inə, Prezident Aparatına göndərdim. Mənə cavab gəldi ki, biz həmin sənədləri araşdırırıq. Onda mən Tbilisidə idim və məktubu da oradan yola salmışdım. Amma dərk edə bilmirdim ki, Azərbaycan hərbi kəşfiyyatı nəyi araşdırır...».

1992-ci il fevral ayının 19-da isə İrəvanın Teatr meydanında Firdos Ərəbyan adlı bir erməni emissarı (Livan) Dünya ermənilərinin «iqtisadi gəlir mənbəyi» kimi ad çıxarmış «Qaragin» erməni mərkəzində on üç nəfər varlı erməninin imzaladığı məktubu oxudu: «...Oyanmış xalqa eşq olsun! Müdrikliyini, ağıl və idrakını dərk edən, babalarımızın, əcdadlarımızın külünü təzədən alışdıran erməni qəhrəmanlarını alqışlamaqla yanaşı, onlara dünya ermənilərinin salamlarını yetirirəm. Parisdə, Kölndə, Romada, Vaşinqtonda, Küveytdə, Londonda, Moskva və Ankarada, Tehran və Latın Amerikasında ayağa qalxan ermənilər sizinlədir. Biz sizə hər cür yardıma hazırıq...».

İki milləti qarşı-qarşıya qoyan bu «millət qəhrəmanları» bir məsələni dərk etmirdilər. Dərk etmirdilər ki, heç kəsin qanı yerdə qalmır. Edilən cinayətlər üçün, tökülən qanlar üçün cavabdehlik və məsuliyyət nə Vaşinqtonun, nə Londonun üstündə qalırdı. Bütün bu vəhşiliklərin cavabdehliyi İrəvanın üstündə idi. Bunu isə sadəcə dərk etmək lazım idi. Necə ki, kəşfiyyatçı V.Savelyev bunları görür və dərk edirdi. Polkovnik Zarviqarov və başqa vəzifəli şəxslər isə polka atəş  açan döyüş nöqtələrinin ləğvi haqda ordu və dairə komandanlığının rəsmi icazəsilə Xocalı istiqamətində gedən əməliyyatlarda ermənilərlə birləşdi. Nəticədə bir gün ərzində 49 nəfər azərbaycanlı meydanlara yığılıb güllələndi. Qərargah rəisi, podpolkovnik Sergey Kraulenin verdiyi tapşırığa əsasən, birinci motoatıcı batalyonun komandiri, polkovnik Arkadi Moiseyev, 2-ci batalyonun komandiri mayor Serj Ohanyan, 3-cü batalyonun komandiri mayor Qavril Nabokix, kapitan İshaq Lixodeyin. Xankəndini atəşə tutmaqla yanaşı, ayrıseçkilik edir, dinc əhalini zonalarından uzaqlaşdırarkən ermənilərlə daha çox məşğul olurdular. Köçürmə zamanı (bu yarımçıq qaldı) 58 nəfər azərbaycanlı öldürüldü. Öldürülən azərbaycanlılar isə adəti üzrə dəfn olunmuşdular. Onları yarım metr qazılmış çalalara atıb, üstünü torpaqlayırdılar. Polkovnikin qeydlərinə görə, axşamlar belə çalaların ətrafından «itlərin və çaqqalların səs-küyündən, dartışmalarından» qulaq tutulurdu, adam vahimələnirdi. Hər yerdən laxtalanmış qan və ölmüş cəsəd iyi gəlirdi.

Bu arada Livanda fəaliyyət göstərən erməni diasporu tərəfindən radikal mövqeyi ilə seçilən «Ramkavar» partiyasıı liderlərindən olan Rafael Messayan (Qriqoryan) Beyrutda ç .xan «Zartunk» («Oyanma») qəetində«Bir erməi yardımı» yazısında qeyd edir: «...Xocalı uğrunda vuruşan, döyüşə atılanları unutmaq,yaddan çıxarmaq biz ermənilərə yaraşan iş deyil. Onlara - o igidlərə yardım edin. Məlumatımız var ki, dünyanın 24 ölkəsində varlı və zəngin erməni iş adamları «Artsax yardım fondu» təsis ediblər. O fond həm də bizim gələcək nəsillərin taleyi üçündür. Londonda erməni iş adamı satdığı villasının dəyərini,Vaşinqtonda erməni biznesmeni Araz Süleyman öz ticarət mərkəzindən gələn illik gəliri, Parisdə «Erməni ana dili» cəmiyyətinin üzvləri topladıqları ianələri, Xocalı qəhrəmanları üçün ayırdılar...» (1992-ci il, 24 mart).
Bakıda isə boş qalmış kreslolar üstündə adamlar dəstələrə bölünür, qruplarda cəmləşir, hakimiyyətə can atırdılar. Ali Baş Komandanın buraxdığı strateji səhvləri isə nə siyasi mühitdən ayrı düşmüş, başını itirmiş millət, nə də ayrı-ayrı siyasi liderlər dərk etmirdilər. Düşdükləri burulğandan çıxmaq üçün heç kəs bir-birinə əl uzatmırdı, yardım etmirdi. Xocalı isə qan içində can verirdi. Ordudakı xəyanətlə Prezident Aparatındakı xəyanətlər üst-üstə düşdüyündən hamı çaşıb qalmışdı. Bütün bu çaşqınlıqları araşdıran kəşfiyyatçı V.Savelyev Kremlə,Bakıya üst-üstə 18 eyni məzmunlu teleqram göndərir. Amma heç kəs onun teleqramlarını oxumurdu.1992-ci ilin fevral ayının 4-də isə Roma Papası II İohanın Dağlıq Qarabağ özünümüdafiə dəstələrinə və rus qoşun birləəmələrinin generallarına məxfi məktubu daxil olur. Roma Papası erməni müdafiə dəstələrinə «Allahdan aldığı gücü»  göndərirdi. Ruslara isə bu vuruşmanın «dini bir vuruşma» olduğunu xatırladır, onlara dua edəcəyini açıqlayırdı. Roma Papası Dağlıq Qarabağ uğrunda vuruşmanı «Dini vuruşma. Din uğrunda vuruşma» kimi qiymətləndirib, yazır: «...İmkan olarsa, Xocalıya gəlib orada həlak olan erməni qardaşlarımın vuruş və döyüş məkanlarında baş əyəcəm...» (2003-cü ilin sentyabrın 21-də Roma Papası Ermənistana gəlir. Qarabağın işğalı zamanı öldürülən ermənilərin məzarlarını yad edir).

Polkovnik V.Savelyev daha sonra yazır: «...Xocalının işğalında, ölüm və kütləvi qırğın hadisələrində azərbaycanlı zabitləri də günahlandırıb ittiham edirəm. Bu necə Vətəndir? Bu necə ordudur?.. Bütün bunları anlaya bilmirəm. Bu oyunlara rus zabitlərini qoşmaqla onları alçaltdılar, şərəfinə lənət damğasını vurdular. Mən on addımlığımda güllə yarasından can verən səkkiz-doqquz yaşlı qızcığaza heç cür kömək əlimi uzada bilmədim. Allahın mənə lənət edəcəyi gündən qorxuram...» Lənətlənmiş günlər isə bir-birini əvəz edirdi. Həmin ərəfədə Fransadan gəlmiş «Operator-II» özəl studiyasının erməni əməkdaşları isə (Jül Barelyan, Şerin Sitaryan) Xocalı ətrafında qalaqlanmış meyitlərin yandırılmasını lentə köçürürdülər. Rusiyanın 2-ci batalyonunda vuruşan zabit İvan Karabelnikovun verdiyi məlumata görə bu yer «...Xocalının şimal-şərq hissəsində kiçik təpəcikləri olan bir yer idi...»

Xocalı faciəsini «işıqlandırmaq» (ermənilər buna qəhrəmanlıq deyirlər) üçün Xankəndiyə dünyanın 32 ölkəsindən 47 nəfər erməni jurnalisti gəlmişdi. Onların bir qismi polkovnik Y.Zarviqarovun ayırdığı zirehli maşınların gözlüklərindən, qərargah mərkəzlərindən hadisələri izləyir, qeydlər götürür, bəziləri də operativ çəkilişlər aparırdı. Dağılmış, viranə qalmış yerləri dünyaya göstərir və acı bir təəssüflə qeyd edirdilər: «...Azərbaycanlılar günahsız erməniləri qırırlar...»
Bizim təbliğat maşınımız isə Prezident Aparatından kənara çıxmırdı. Bakıdakı adicə diplomatik korpusların nümayəndələrinə həqiqəti deməkdə çətinlik çəkirdik. Susmağımız isə erməni təbliğatı üçün qol-qanad verirdi. Ermənilər Xocalı ilə bağlı Azərbaycanı «qan tökməkdə günahlandıran» bir materialı, əllərinə keçən hər hansı bir faktı və yaxud sənədi təkrar-təkrar çap edirdilər. Tutalım «Azərbaycanlılar Xocalını yandırıb, getdilər...» foto-reportajını ermənilər 49 dəfə dünya mətbuatında çap etdiriblər (Bu bizim təqribi hesablamalarımızdır).
Xocalının işğal edilməsi planının strateji tərəflərini ermənilərlə yanaşı, ruslar da «...çox düşünüblər». Nəticədə birinci batalyonun qərargah rəisi, mayor Abram Çitçiyan mayor Ə.Nabokix və kapitan Ġ.Lixodey hərbi əməliyyatlarda bilavasitə vuruşublar. Zabit Ġ.Karabelnikovun məlumatına görə, A.Çitçiyan 13 nəfərlik «Babayevlər ailəsini... güllədən keçirib...». Ona 1993-cü ildə Fransa Erməni Diasporu tərəfindən 150 min ABŞ dolları mükafat və ən böyük «Kilsə mükafatı» verilib. A.Çitçiyan 1994-cü ilin sentyabr ayının 2-də Fransaya mühacirət edib və orada yaşayır. 366-cı Alayın sıravi qulluqçusu, rabitəçi Afik İsbeliyevin məlumatına görə isə, o, fevralın 24-də (1992) kapitan Ġ.Lixodeyin komandasında topçu dəstəsində vuruşub və Xocalının işğalında iştirak edib.
- Siz necə vuruşurdunuz? - sualına belə cavab verib:
- Biz həm də qorxurduq. Ölümdən qorxurduq. Əlimizə keçənləri məhv edirdik. Bəzən küləkdən tərpənən ağaclar, xışıldayan yarpaqlar da bizi qorxuya salırdı. Mən bilmirəm, Azərbaycan xalqı məni bağışlayarmı? Anam azərbaycanlılara qarşı ermənilərlə əlbir olub vuruşduğum üçün məndən imtina edib. Mən artıq evə gedə bilmirəm, hamı məndən üz döndərib. Amma məni məcbur etdilər. Əmr verdilər. Biz isə əmrə tabe idik. Məni artıq heç kəs bağışlamır. («Bir erməni məzarı» - Müəllif: Əbdül Fateh. «Beyrut» nəşri. 1994-cü il).
A.İsbeliyev bunu da deyir ki, ermənilər ruslara məxsus hərbi texnikanı satın almışdılar. Bir avtomat «Kalaşnikova» 1500 ABŞ dolları verilirdi... Fevral ayının 25-dən 26-na keçən gecə Xocalı yandırıldı, işğal edildi. Qoşun isə sakitləşmək bilmirdi. Polkovnik V.Savelyev «Məxfi arayışında» qeyd edir:«Üçüncü batalyon Xocalı işğal olunan gecə müharibə zonasından çıxarıldı, amma oranı tərk etmədi. 366-cı Alay isə ərazidən çıxarılmadı. Ordu tərksilah olundu. Zabitlər satqınlıq etdilər. Silahlara gəlincə, işlənməmiş silahları ermənilər üçün ayırdılar. Qərara alındı ki, ermənilərdən bunun müqabilində pul və zinət şeyləri alınsın. «Böyük Ermənistan» adlı bədnam və rüsvayçı plan uğrunda vuruşanlara gəlincə, bu, hələlik açıq qalmış bir məsələdir».

1992-ci ilin mart ayının 19-da (müsəlman təqvimində bu gün Novruz günü, bahar bayramı idi) Xocalıda öldürülmüş azərbaycanlılar üçün kiçik bir qəbiristanlıq salındı. Orada əlli dörd nəfər öldürülmüş günahsız azərbaycanlı dəfn edildi. Ermənilərin Fransa Diasporunda telekanal müəllifi Surik Şaqenyan bu mənzərəni elə həmin günün axşamı İranın, Türkiyənin, Moskvanın, Yerevanın,Vaşinqtonun, Londonun, Parisin, Bonnun telekanallarına çıxartdı. Ermənilərin öldürülmüş azərbaycanlıların meyitlərinə etdikləri «hörmət və ehtiramdan...» ,təşkil olunmuş dəfn mərasimindən danışdı. Bakıda isə əslində hələ heç kəs hadisələrin, Xocalıda baş vermiş faciənin səbəblərini araşdıra bilmirdilər. Yaradılmış deputat komissiyasından tutmuş,müxalifət partiyalarınadək hamı iflic vəziyyətində idi, hakimiyyət çat vermişdi...

(ardı var)
News12

OXŞAR XƏBƏRLƏR

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...