Xocalıda əslində nə qədər adam qətlə yetirilib? – Tarixçi açıqladı

Xocalıda əslində nə qədər adam qətlə yetirilib? – Tarixçi açıqladı
Xocalıda öldürülənlərin sayının 613 nəfərdən çox olması məsələsi zaman-zaman gündəmə gəlir.

Bu sözləri açıqlamasında tarixçi Dilavər Əzimli Hərbi Jurnalistlər Birliyinin sədri, AzTV-nin İnformasiya Proqramları studiyasının direktor müavini Tamxil Ziyəddinoğlunun Xocalıda azı 3813 nəfərin qətlə yetirilməsi barədə paylaşdığı məlumatlar barədə danışarkən deyib.

O bildirib ki, bu məsələ hələ dərinliyinə qədər araşdırılmayıb:

"Vaxtilə polis mayoru işləyən tələbə yoldaşım, bir sıra kitabların müəllifi Cəlaləddin Qasımov Xocalıda insanların müəyyən ərazilərdə basdırılmasını və yandırılmasını əks etdirən faktlar yaymışdı. Yazırlar ki, Xocalıda təxminən 10 min adam yaşayıb. Xocalı sakinləri şəhərdən çıxan ərəfədə onların dəqiq statistikası aparılmayıb.

Ola bilsin, Xocalıda yaşayan insanların müəyyən hissəsi təhlükəni hiss edib, faciədən əvvəl ordan çıxıblar, amma ümumilikdə 10 min az rəqəm deyil. Vəziyyət həmin dövrdə ağır idi. Bəlkə də hesablama aparmaq kimsənin yadına düşməyib. 1992-ci ildən sonra da bu məsələ ətraflı araşdırılmayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsi də məlumat yayır ki, erməni əsirliyində bu qədər adam var. Bu rəqəmlər üzərində ciddi tədqiqat aparmaq lazımdır. Bunlar erməni vəhşiliyini birbaşa sübut edən ən böyük faktlardır. Araşdırmadan sonra isə onların hamısını beynəlxalq məhkəməyə vermək lazımdır”.

D.Əzimlinin sözlərinə görə, ermənilər meyitləri yandırırdılar ki, ölü sayı az görünsün:

"Təklif edirəm ki, faciədən əvvəl və faciə ərəfəsində Xocalı sakinlərinin dəqiq sayının neçə olması ciddi şəkildə araşdırılsın. Şəxsən özüm də bu araşdırmalara qoşulmağa hazıram. Fikrimcə, bu, çətin məsələ deyil. Bu rəqəmləri araşdıraraq beynəlxalq ictimaiyyətə təqdim etmək, sərkisyanları, köçəryanları, saakyanları ifşa etmək lazımdır”.

Xocalının millət vəkili Elman Məmmədov orada qətlə yetirilənlərin sayının çox olduğunu desə də, T.Ziyyədinoğlunun paylaşdığı rəqəmlərlə razı olmayıb:

"Xocalıda qətlə yetirilən sakinlərin sayı barədə müxtəlif adamlar müxtəlif fikirlər yürüdürlər. Ancaq o vətəndaşın dediyi rəqəmlər şişirdilib. Xocalı şəhərinin özündə 7 min nəfərə qədər əhalimiz var idi. Demək olar ki, Xocalıda hamı bir-birini tanıyırdı. Yəni rəqəmlərin bu qədər təhrif olunması mümkün deyil.

O dövrdə vəziyyət gərgin olduğu üçün dəqiq qeydiyyat aparılmayıb. Ona görə də ölənlərin sayı rəsmi statistikadan 150-200 nəfər çox ola bilər. Lakin ödürülənlərin sayının 3800-dən çox olması həqiqətə uyğun gəlmir.

Ancaq 613-dən çox şəhidimizin olması dəqiqdir. Xocalıda meşələrdə qalan, dəfn olunmadığı üçün qeydiyyata düşməyən insanlarımız olub. Yəqin, Tamxal qardaşımız ermənilərin daha böyük vəhşiliklər törətdiyini göstərmək üçün araşdırılma istəyir və haqlıdır. İstənilən halda rəqəmlərə aydınlıq gətirilməlidir”.

Qeyd edək ki, T.Ziyəddinoğlu bundan əvvəl Xocalıda azı 3813 nəfərin qətlə yetirildiyini, lakin 613 nəfərin meyitinin tapıldığını yazıb. O bildirib ki, ermənilər qətliamın miqyasını gizlətmək üçün meyitləri yandırıblar.kult

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...