“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə
İstanbulda "Palmali” Şirkətlər Qrupu tərəfindən Xocalı Soyqırımının anım günü ilə əlaqədar böyük "Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcək. İstanbul Universitetində baş tutacaq Kampaniya dörd dildə (ingilis, türk, rus və fransız) əsasən tələbələrdən ibarət könüllülər tərəfindən aparılacaq.
 
26 fevral, 2019-cu il, saat 12:00-da İstanbul Universitetində başlayacaq kampaniyanın əsas məqsədi başda "Twitter” olmaqla, bütün sosial şəbəkələrdə o günün anlam və önəminin dünyaya çatdırılmasıdır.
 

"Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası zamanı könüllülər #hocalıiçinpaylaş və #shareforkhojaly həştəqləri ilə sosial şəbəkədə həm Türkiyə, həm də dünya üzrə ilk sıralara daxil olmağı hədəfləyirlər. Üzərində "Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyasının xüsusi geyimi olan və sosial media üzrə xüsusi təlim keçmiş 200 könüllü gün ərzində bu həştəqlərlə Xocalı Soyqırımı başda olmaqla, Qarabağ həqiqətlərini dünyaya çatdıracaq, Xocalıya ədalət üçün dünyaya meydan oxuyacaqlar.

Bu barədə açıqlama verən "Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov bildirib ki, "Məqsədimiz təkcə Türkiyədə deyil, bütün dünyada Xocalı ağrı-acısını, orada yaşananları paylaşmaq, yeni çağın ən təsirli silahı olan sosial media vasitəsi ilə erməni daşnaqlarının vəhşicəsinə törətdikləri cinayətlərini beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaqdır. Bu səbəbdən də dünya azərbaycanlılarını Xocalı üçün bu həqiqətləri paylaşmaqda aktiv olmağa dəvət edirik”.

Qeyd edək ki, "Palmali” Şirkətlər Qrupunun dəstəyi və təşkilatçılığı ilə keçiriləcək "Xocalı üçün paylaş” Sosial Media Kampaniyasına təşkilatı dəstəyi "Yeni Çağ” Media Qrupu və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi (Azerbaycan Kültür ve Dayanışma Topluluğu) verir. Layihənin koordinatorları Aqil Ələsgər, Nihad Allahyarlı və Rəşid Mustafazadədir.

Saat 12-də başlayacaq və gecə 23:59-a qədər davam edəcək kampaniyaya millət vəkilləri, elm xadimləri, ictimai xadimlər, iş adamları, sənətçilər və digər tanınmış şəxslər qatılacaqlar.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...