\"Xəzri” sisteminin yenilənən saytı təqdim edildi

\
Təcili pul köçürmə sistemi olan "Xəzri”nin yenilənən saytı təqdim edilib.
 
Artıq müştərilər www.xazri.az saytına daxil olmaqla, pul köçürmə sistemi barədə ətraflı məlumat ala biləcəklər. Həmçinin ölkə daxilində 1000 manatadək pul köçürmə əməliyyatını sayt vasitəsilə etmək mümkündür. 

Müştərilər ölkə daxili göndərilən pul vəsaitini günün istənilən saatında sistemin çoxsaylı tərəfdaş bankının filiallarından və ya 700-ə yaxın Kapital Bank bankomatlarından komissiyasız nağdlaşdıra bilərlər. Həmçinin saytda göndərilən və alınan köçürmələrin statusu barədə də məlumat əldə etmək olar. Köçürmələrə görə 0,8% (min. 1 AZN) komissiya haqqı tutulur. Cəmi 3 dəqiqə ərzində əməliyyatı tamamlamaq mümkündür.

Sayt vasitəsilə pul köçürməsi etmək üçün 3D Secure xidmətini dəstəkləyən kartın olması zəruridir. Yaxın zamanlarda sayt vasitəsilə köçürmə əməliyyatlarını Ukrayna, Rusiya, Gürcüstan və s. MDB ölkələrinə də sayt vasitəsilə aparılması mümkün olacaq.

Qeyd edək ki, "Xəzri” hazırda Azərbaycan bazarının ən böyük sistemlərindən biridir. Sistem Azərbaycanda Kapital Bank, Atabank, Expressbank, AFB Bank, Günay Bank və NBC Bank üzrə ümumilikdə 167 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. 2017-ci il üzrə sistem vasitəsilə 400 000-ə yaxın, ümumi məbləği 200 mln. manatadək köçürmə əməliyyatı aparılıb. 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...