Xərçəngdən əziyyət çəkən qazinin köməyə ehtiyacı var

Xərçəngdən əziyyət çəkən qazinin köməyə ehtiyacı var
Vətən müharibəsi iştirakçısı olan Məmişov İlqar Vaqif oğlunun səhhətində ciddi problemlər var.

31 yaşlı qazi Sfera.az-a müraciət edərək bildirib ki, o, xərçəng xəstəliyindən əziyyət çəkir.

İlqar Məmişov İyul döyüşlərindən sonra könüllü olaraq qeydiyyatdan keçib və Vətən müharibəsi zamanı sentyabrın 29-da döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edən qazi bildirib ki, müharibə zamanı onkoloji xəstəlik tapıb:

"Müharibəyə qədər sağlamlığımda hər hansı bir problem olmayıb, sağlam olmuşam. Müharibənin gedişində ağrılar hiss elədim və ötən ilin dekabrın tərxis olunduqdan sonra Füzuli və Gəncədə müayinələrdə keçdim. Orada bildirdilər ki, məndə damar genişlənməsi var. Lakin Bakıda özəl klinikada müayinədən keçdikdə qarın boşluğumda şiş aşkarlandı. Şişin mənbəyi isə Milli Onkologiya Mərkəzində aşkarlandı. Məlum oldu ki, məndə üçüncü dərəcəli sol xaya xərçəngi yaranıb.

Yanvarın 8-də burada əməliyyat olundum və sol xayam götürüldü. Milli Onkologiya Mərkəzində 8 dəfə kimyaterapiya aldım. İlk 5 kimyaterapiya zamanı şişin ölçüsü balacalaşsa da, son üçündə heç bir faydası olmadığını gördük, əksinə şiş daha da böyüyür. Döyüşə gedəndə 98 kilo idisə, qayıdanda çəkim 60 kiloya düşmdüşdü. Sonradan müalicə sayəsində 85 kiloya qədər qalxa bildim. 

İndi belə başa düşürəm ki, xəstəliyimin Azərbaycanda müalicəsi mümkün deyil. Vətən müharəsi ikinci qrup qazisi kimi Ali Baş Komandan, ölkə Prezidenti Cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət edərək müalicəmin nəzarətə götürülməsini xahiş edirəm. Özüm kirayədə yaşadığım üçün müalicəmi qarşılamaq imkanlarım çərçivəsində deyil".

Qeyd edək ki, İlqar Məmişov ailəlidir, bir övladı var.

(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...