Xərçəng xəstəliyi əslində keçicidir: Ailədə kimlər təhlükə altındadır?

Xərçəng xəstəliyi əslində keçicidir: Ailədə kimlər təhlükə altındadır?
 Xərçəng xəstəsi qədər onun ailə üzvləri də əziyyət çəkir. Belə ki, yaxınları xəstəni tez-tez həkimə aparır, qulluq edir. Xüsusən ən ağır - son mərhələdə olan xəstələri həkimlər evə buraxır və evdə qalmasını məsləhət görür.

O zaman ailə üzvləri xəstəyə daha yaxın olur, daha çox qayğı göstərir, əzizləyir. Bir çox ailələr, imkanı varsa, xüsusi baxıcı tutur, imkanı olmayanlar isə vaxt və güclərini xəstəyə qulluğa sərf edirlər. Amma çox insanları bir sual narahat edir: görəsən xəstə adamdan digər adama xərçəngin ötürülməsi, yoluxdurulması mümkündürmü?

Sfera.az xəbər verir ki, medicina.az xərçəngin yoluxucu olub-olmamasıyla bağlı araşdırma aparıb.

Məlum olub ki, onkoloqlar xərçəng xəstələrinin ailə üzvlərinə bunun keçici olmadığı cavabını verib, onları arxayınlaşdırır. Həqiqətən də, həkimlər, xəstəxanadakı tibb bacıları onkoloji xəstələrdən qorunmur və yoluxmurlar da. Tibdə bu xəstəliyin ötürülməsi ilə bağlı sübut və faktlar yoxdur. Amma elə viruslar var ki, zəif immunitetli insanlara keçərsə, onda xərçəng xəstəliyini oyada bilər. Məsələn: mədə-bağırsaq xərçəngi olan insanla mədə-bağırsaq xorası olan insanın öpüşməsi təhlükəlidir. Yəni mədə xərçəngi olan nənəni mədəsində xora olan zəif bir nəvənin tez-tez öpməsi təhlükəli ola bilər. Çünki mədə xərçəngini Helikobakter adlı mikrob törədir. Sağlam mədə qişası və güclü immuniteti olan insan üçün bu mikrob təhlükə yaratmır. Amma zəif mədədə bu mikrob iltihab yaradır ki, bu da zamanla xərçəngə çevrilir. Bu mikrob tüpürcək suyu ilə digər adama keçə bilər. 

Bundan başqa, Hepatit C və B də qaraciyər xərçəngində rol oynayır. Bu virusa qan və cinsi yolla yoluxmaq olar. Ona görə evdə qaraciyər serrozu, xərçəngi olan ailə üzvü varsa, iynə vurarkən, həmin adamın yarasını təmizləyərkən maksimum qorunmaq lazımdır. 

Daha bir vacib məqam isə odur ki, qadınlarda uşaqlıq boynu xərçəngini papilloma virusları yaradır. Planetin hər 5 qadınından biri bu virusa imtim əlaqə yolu ilə yoluxur. Papilloma virusu aktiv çoxalır, immun sistemini pozur, uzun müddətdən sonra xərçəngə çevrilə bilir. Qoruyucu vasitələr bu virusdan qorumaqda zəifdir. Ona görə bu gün uşaqlıq boynu xərçəngindən peyvənd olunması ciddi təbliğ olunur və 10-23 yaş arası bütün qızlara olunmalıdır. Papillomaya yoluxduqdan sonra peyvəndin vurulması mənasızdır.

OXŞAR XƏBƏRLƏR

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...